Derek Deli 1978-1982-ci illərdə Formula1 üzrə dünya çempionatında 64 Qran Pridə çıxış edərək 48 yarışda start alıb, ən yaxşı nəticəsini isə 1980-ci ildə Argentina Qran Prisində dördüncü yeri tutmaqla əldə edib.
F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, bu həftəsonu Bakıda baş verəcək mübahisəli insidentləri Derek Deli ilə birlikdə Almaniyanın DMSB avtoklubunun həmsədri Gerd Ennser və Venesuelanın idman federasiyasının Prezidenti Vinçentso Spano araşdıracaqlar.