Azərbaycan-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Artıq ölkəmizdə Avropa Qran Prisinin rəsmi həftəsonu sessiyalarının startına sayılı saatlar qalır.

F-1.az xatırladır ki, dünya çempionatının yeganə təkər təchizatçısı olan Pirelli şirkəti Bakıya orta təkər cütlüyünü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Pirelli Motorsport-un başçısı Pol Hembri bu seçimin səbəblərini izah edib…

Pol Hembri: “Biz tras haqqında maraqlı fikirlər eşitmişdik. Deyəsən, xüsusi tras olacaq, dövrənin uzunluğu və yüksək maksimal sürət bu trası digərlərindən fərqləndirəcək. Yeni, heç kimə tanış olmayan avtodromda həmişə müəyyən çətinliklər olur, amma təkərlərlə və şərait hamı üçün eynidir.

Həftəsonuna tərkibləri seçərkən biz mümkün şrəaitin geniş diapazonunu nəzərə almışıq. İndi komandaların qarşısında bu təkərlərdən maksimum yararlanmaqla mümkün strategiyadan ən yaxşısını seçmək vəzifəsi durur. Məhz buna görə də sərbəst yürüşlərdə məhsuldar işləmək cümə günü çox vacib olacaq…”

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*