F-1.az bildirir ki, bizim tras Bakının mərkəzi küçələrində yerləşir və əsas xüsusiyyəti şəhər tipli traslara xas deyil – bir neçə uzun düzlük onu digər şəhər traslarından fərqləndirir. Xüsusilə də 16-cı döngədən 1-ci döngəyədək olan sürətli hissənin uzunluğu 2 km-dən çoxdur, ona görə də DRS zonalarından birinin bu hissənin sonunda yerləşməsi gözlənilən idi.
İki ötmə zonasının olmasına baxmayaraq, maşınlar arasındakı interval yalnız bir nöqtədə ölçüləcək – əgər iki maşın arasındakı interval 20-ci döngədə 1 saniyədən az olarsa, geridə olan sürücü maşınında arxa qanadın hərəkətli elementini iki zonada aktivləşdirə biləcək. Birinci zona ilk döngənin əylənmə nöqtəsinə 730 metr qalmış, ikinci zona isə 3-cü döngənin əylənmə nöqtəsinə 630 metr qalmış başlayır.
Qeyd edək ki, həftəsonunun bütün sessiyalarında pit-leyndə hərəkət sürəti 60 km/saatla məhdudlaşdırılıb…