Azərbaycan-2016: Bukmeyker cədvəlləri

William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlər yenə də Lyuis Həmiltonu ölkəmizdəki ilk yarışın favoriti hesab edirlər. Onun komanda yoldaşı Niko Rosberqin şansları təxminən iki dəfə az dəyərləndirilib, 3-cü yeri isə son yarışdakı inamlı çıxışından sonra Ferrari-nin sürücüsü Sebastyan Fettel özünə geri qaytara bilib…

Avropa Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.00
Niko Rosberq 3.50
Sebastyan Fettel 6.00
Daniel Rikkardo 13.00
Maks Ferstappen 15.00
Kimi Rəykkönen 26.00
Valtteri Bottas 67.00
Felipe Massa 101.00
Serxio Peres, Niko Hülkenberq 151.00
Karlos Sayns 251.00
Daniil Kvyat 301.00
Censon Batton, Fernando Alonso 501.00
Roman Qrojan 1001.00

 

Mövsümdə ilk dəfə bukmeykerlər titulun sahibi barədə fikirlərini dəyişiblər – ardıcıl iki qələbə Lyuis Həmiltonu mövsümün favoritinə çevirib. Niko 3 qat dünya çempionuna artıq xeyli uduzur. Rikkardo və Fettelin çempionluq şansları bərabərdir…

Dünya çempionatında qələbə (sürücülər)
Lyuis Həmilton 1.53
Niko Rosberq 3.00
Sebastyan Fettel, Daniel Rikkardo 26.00
Maks Ferstappen 51.00
Kimi Rəykkönen 201.00

 

Mühəndislər Kubokunda vəziyyət demək olar ki, dəyişməyib – almanlar qələbəyə real namizəddirlər, Red Bull və Ferrari komandalarının şansları bərabər olsa da, onlar almanlara xeyli uduzurlar…

Dünya çempionatında qələbə (komandalar)
Mercedes AMG 1.02
Ferrari, Red Bull 21.00
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*