Azərbaycan-2016: Texniki analiz

Bakımız ilk dəfə Avropa Qran Prisini qəbul etdi. Komandalar üçün çətin bir trek oldu. F-1.az Avropa Qran Prisinə komandaların gətirdikləri texniki yenilikləri təqdim edir.

Force İndia: mühərriyin nazik təbəqəsi və arxa antiqanadı

Böyük yeniliklərdən sonra Force İndia komandasının açıq irəliləyişi var. Azərbaycanda komanda ERS-in radiatorlarından birinin yerini dəyişmişdi, bu da öz növbəsində mühərriyin nazik təbəqəsində kiçik donqar əmələ gətirmişdi (1 və 2).

Force İndia: mühərriyin nazik təbəqəsində kiçik donqar
Force İndia: mühərriyin nazik təbəqəsində kiçik donqar

 

Bu seçim ən optimal görünür, çünki nazik təbəqənin hündürlüyünün böyüməsindən fərqli olaraq aerodinamikaya daxildən və eləcə də xaricdən az təsir göstərir. Bakı treki bir çox komandaları çaşqınlığa saldı. Optimal sazlanmalar tapmaq elə də asan olmadı. Uzun düzlük, bəzi komandaları aşağı asfalta yatma qüvvəsinə sazlanmaq kimi variantlara əl atmağa məcbur etdi. Ancaq optimal seçim bu deyildi. Görünür ki, Force İndia mühəndisləri daha optimal seçim etməyə müvəffəq olmuşdular.

Force India: yeni arxa antiqanad
Force İndia: yeni arxa antiqanad

 

Red Bull-un arxa qanadı

Red Bull komandası, Bakıda iki fərqli arxa qanadı sınaqdan keçirdi. Daniel Rikkardo ekstremal yan lövhəli və vəhdət təşkil edən üfüqi və şaquli kəsiklərdən ibarət qanadı sınaqdan keçirirdi. Qanadda bundan başqa yuxarı hissədə hücum bucağı aşağı olan iki dənə üfüqi kəsiklər və arxa hissədə hava kütləsini yuxarı hissəyə istiqamətləndirən üç dənə tili (qabırğası) var (3).

Red Bull-un arxa qanadı
Daniel Rikkardonun sınaqdan keçirdiyi qanad

 

Ferstappenə isə ənənəvi variantda olan arxa qanad verilmişdi. Qanadın yan lövhələrinin yuxarı hissəsində kəskin hücum bucaqlı və ön hissəsində qabarıqlı dörd üfüqi kəsikləri var idi, hansılar ki, arxa təkərin hərəkəti zamanı yaranan burulğanı yatırmaq məqsədi daşıyırdı (4).

Maks Ferstappenin sınaqdan keçirdiyi qanad
Maks Ferstappenin sınaqdan keçirdiyi qanad

 

Red Bull komandası TAG adını daşıyan Renault mühərriklərinin nəzərə çarpan dərəcədə effektiv işlədiyi qənaətindədir. Ancaq hesablamaların nəticəsinə görə, Renaul mühərriyi, maksimal sürətdə Ferrari və Mercedes-ə uduzur. Bu, daxili yanma mühərriyinin və turbinin qaytarması, həmçinin enerjinin təkrar istifadəsinin effektivliyi ilə əlaqədardır.

 

Mercedes-in arxa qanadı

Mercedes-in arxa qanadı
Mercedes-in arxa qanadı

 

Bakı üçün gətirilən yeni arxa qanadı Kanadada görmüşdük. Niko Rosberq həmin qanadla bir neçə dövrə vurmuşdu.

Bakının əsas xüsusiyyətlərindən biri güclü küləkdir. Yeni arxa qanad asfalta yatma qüvvəsi və ön müqavimət arasında kompromisi əldə etməyə imkan verir.

Əsas düzlüyün əyilmiş hissəsi havanın rahat hərəkət etməsi üçün kənarlarda sıxılır. Buna bənzər qanad keçən il Montsa və Spa traslarında tətbiq edilmişdi.

 

Ferrari-nin arxa qanadı

Ferrari Bakıya yeni antiqanad gətirmişdi. Onun əsas düzlüyü qısa vətərə və qısa hücum bucağına malik idi. Həmçinin, yan lövhələrin relyefli kəsiklərinin sayı 3-ə qədər azaldılmışdı (6.1). Bu kəsiklər, qanadın əsas düzlüyü ilə lövhələrin birləşdiyi nöqtədən yaranan qasırğavari havaya təsir edir.

Antiqanadın bərkidilmə pilonu iki seksiyadan ibarətdir (6.2). Xüsusən bu konstruksiyanın aerodinamik yüklənmə altında hədsiz elastikliyi ilə düzlüklərdə ön müqaviməti azaltmağa imkan yaratması suallar doğurur.

Ferrari-nin arxa qanadı
Ferrari-nin arxa qanadı

 

FİA əmindir ki, burada heç bir qayda pozuntusu yoxdur. Qeyd etmək lazımdır ki, elastiki lövhə hazırda heç bir yüklənmə yoxlamalarından keçmir.

Ferrari-nin arxa qanadı
Ferrari-nin arxa qanadı

 

Asfalta yatma qüvvəsini əldə etməyə kömək edən bu konfiqurasiya, SF16-H-da Bakı trekinin 2,2 km-lik düzlüyündə maksimal sürəti əldə etməyə hesablanıb.

Mənbə: Giorgio Piola, Matt Somerfield, MotorSport.Com
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*