F-1.az xəbər verir ki, hərracın qalibləri Sebastyanın Əbu Dabidə keçiriləcək mövsümün final mərhələsinə geyəcəyi yarış dəbilqəsinin üzərində öz şəklini yerləşdirmək hüququ qazanacaqlar.
Ümumilikdə, Aston Martin sürücüsünün dəbilqəsində 1000 şəkil yeri ayrılıb. Bu material dərc olunan zaman ilk mövqelərdə şəklin yerləşdirilməsi tarifləri 550 avroya çatıb, lakin qiyməti bir şəkil üçün 50 avrodan başlayan kifayət qədər yer tapmaq olar.
“Gəlirlərin 100%-i yaxşı işə və ürəyimcə olan layihəyə gedəcək”, – deyə alman sürücü hərracın başlanmasını şərh edib. Sebastyan konkret hansı layihədən danışdığını açıqlamasa da, son illərdə ekoloji və sosial layihələrdə fəal iştirak edib.