F-1.az xatırladır ki, bundan əvvəl Formula1-in media xidməti 2016-cı ilin Braziliya, 1986-cı ilin Avstraliya, 1996-cı ilin Monako və 1997-ci ilin Xeres yarışlarını yayımlamışdı.
Bu dəfə səsverməyə üç yarış çıxarılıb: 1996-cı ildə İspaniyada yağış altında Mixael Şumaxerdən master-klass (qırmızı kombinezonda ilk qələbə), Williams-ın sürücüləri Nelson Pike və Naycel Mənsellin 1987-ci ildə Silverstounda dueli və yalnız səkkiz sürücünün damalı bayraq gördüyü 1999-cu ilin xaotik Avstraliya Qran Prisi (Eddi Örvaynın karyerasında ilk qələbəsi).
Siz də bu səhifədə öz seçiminizi edə bilərsiniz: SƏS VER