F-1.az xəbər verir ki, sərgidə Erkole Kolombonun müəllifi olduğu şəkillər nümayiş olunacaq. Erkele Kolombo əslən Montsadan olan Formula1 fotoqrafıdır. O, 70-ci illərin əvvəlindən Formula1 fotoqrafı kimi çalışır.
Sərginin əsas hissələrindən biri də, Ayrtonun dostlarına, sevgililərinə, ailəsinə və dinə bağlılığını əks etdirir.
Sərgi ancaq şəkillərdən ibarət olmayacaq. Qonaqlar həmçinin, Ayrtonun 1979-cu ildə idarə etdiyi kartı, dəbilqəsini, McLaren və Williams komandalarında geyindiyi kombinezonları görə biləcəklər.
Sərgi fevralın 17-dən iyulun 24-ə qədər fəaliyyət göstərəcək. Biletlərin qiyməti 5 avrodur. Sərgi həftənin beş günü fəaliyyət göstərəcək.