Ayfel Qran Prisi: Yarış

Nürburqrinqdə 42-ci dəfə təşkil olunan yarış 10-cu dəfə mövcud konfiqurasiyada baş tutub. Hamı F1-in əfsanəvi trasa qayıtmasına sevinsə də, bu yarış üçün seçilən vaxtı orada hava soyuq olduğu üçün tənqid ediblər.

F-1.az xatırladır ki, cümə gününə planlaşdırılan ilk iki sərbəst yürüş sessiyası pis hava şəraitinə görə baş tutmayıb. Komandalar uzun fasilədən sonra gəldikləri Nürburqrinqdə ilk dəfə dünənki məşqlərdə işləyə biliblər və Valtteri Bottas hamıdan sürətli olub. Finlandiyalı sürücü sıralanma turunda da komanda yoldaşını üstələməyi bacarıb və poulu əldə edib.

Sıralanma turundan əvvəl səhhətində problemlər olduğu üçün məşqlərdə iştirak edə bilməyən Ləns Strollu Niko Hülkenberq əvəzləyib. Beləliklə, alman sürücü mövsümdə üçüncü yarışına çıxmaq şansını əldə edib.

Pirelli bura orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sürücülər cümə günü işləyə bilmədikləri üçün təkərlərin səmərləliyini tam şəkildə yoxlaya bilməyiblər. Fettel, Qasli, Kvyat və Qrojan start üçün Medium, digər sürücülər isə Soft təkərləri seçiblər.

Startda ilk cərgəni Bottas və Həmilton, ikinci cərgəni Ferstappen və Lekler, üçüncü cərgəni isə Elbon və Rikkardo tutublar.

İşıqlar söndükdən sonra Həmilton Bottasa hücumlar etsə də, finlandiyalı liderliyini saxlaya bilib. Medium təkərlərlə başlayan yerlərini itiriblər. Rikkardo pis start alan Elbonu geridə qoyub. 2-ci dövrədən sonra ilk onluq: Bottas – Həmilton – Ferstappen – Lekler – Rikkardo – Elbon – Norris – Peres – Okon – Sayns.

Elbon 8-ci dövrədə erkən pit-stop edərək Medium təkərlərə keçib. Bir dövrə sonra Rikkardo Lekleri də keçərək 4-cü yerə yüksəlib və ondan dərhal uzaqlaşıb. Ferrari monakolu sürücü 11-ci dövrədə pit-stopa çağırıb. Rəykkönen də onunla eyni vaxtda təkərlərini dəyişib. Fettel yerində fırlanıb və dərhal pit yoluna üz tutub.

Bottas 13-cü dövrədə səhvə yol verib Həmilton tərəfindən keçilib. Bu səhv Valtterinin təkərlərinin tam yeyilməsi ilə nəticələnib. 14-cü dövrədə Rəykkönen və Rassellin təmasından sonra ikinci yarışı dayandırmalı olub. Stüardlar Kimiyə 10 saniyə cəzası veriblər. Bottas təkərlərini dəyişib.

Finaldniyalı sürücü 16-cı dövrədə Rikkardonu keçib. Rassellin maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Həmilton, Ferstappen və Rikkardo dərhal yeni təkərlərə keçiblər. Elbonla Kvyat təmas edib və rus sürücünün ön qanadı qırılıb. Buna görə də Elbon 5 saniyəlik cəza alıb.

Bottasın maşını 18-ci dövrədə sürətini itirib. Yarışa lider başlayan sürücü MGU-H probleminə görə boksa qayıdıb və mübarizədən çəkilməli olub. Ondan 5 dövrə sonra isə Okon hidravlik sistemdəki problemə görə yarışı dayandırıb. Bununla da bitməyib – Elbon da növbəti dövrədə soyutma sistemindəki problemə görə boksa qayıdıb və finiş görməyib.

Norris 26-cı dövrədə motorun güc itirdiyindən şikayət etsə də, mühəndislərlə birlikdə həll yollarını tapmağa çalışıb və yoluna davam edib. İki dövrə sonra Lekler 7-ci yer uğrunda Qaslini üstələyib. Növbəti dövrələrdə Peres, Sayns, Qrojan,Norris və Hülkenberq təzə təkərlərə keçiblər. 31-ci dövrədə Peres Norrisi məğlub edərək 5-ci yerə yüksəlib. 32-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Lekler – Peres – Norris – Sayns – Covinatsi – Fettel – Rəykkönen.

40-cı dövrədə Lekler komanda yoldaşını, Qasli isə Rəykköneni ötüb. Fetteli növbəti iki dövrədə Qasli və Hülkenberq də geridə qoyublar. Alman sürücü pit-stopa yollanıb. Norris 42-ci dövrədə problemlər həll olunmadığı üçün maşını təhlükəsizlik zonasında saxlayaraq mübarizəni dayandırıb. TM trasa çıxıb. Sürücülərin böyük əksəriyyəti pit yoluna yollanıblar və qalan dövrələr üçün Soft təkərləri seçiblər. TM arxasında ilk onluq: Həmilton – Ferstappen – Rikkardo – Peres – Sayns – Lekler – Qrojan – Qasli – Hülkenberq – Covinatsi.

TM-dan sonra düzülüşdə ciddi dəyişiklik baş verməyib.

Beləliklə, Lyuis Həmilton cari mövsümdə növbəti zəfərini əldə edib və karyerasında 91-ci qələbəsini qazanaraq Mixael Şumaxerin bu əlçatmaz görünən rekorduna çərik olub.Bu münasibətlə Mik Şumaxer atasının 2012-ci ildə Mercedesdə yarışarkən istifadə etdiyi dəbilqəsini Lyuisə hədiyyə edib. Maks Ferstappen yarışı ikinci yerdə başa vurub. Daniel Rikkardo isə Renault komandasına turboerada ilk podiumunu qazandırıb – Siril Abitebul mərcə əməl edərək bədəninə döymə həkk etdirməli olacaq.

Niko Hülkenberq sonuncu yerdən başlasa da, xal zonasına qədər yüksəlib və “Günün Sürücüsü” seçilib. Roman Qrojan isə mövsümdə ilk xallarını qazanmağa nail olub.

Çempionat iki həftə sonra debütant Portimao trasında davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:35:49.641 2
2 33 Maks Ferstappen Red Bull + 0:04.470 2
3 3 Daniel Rikkardo Renault + 0:14.613 2
4 11 Serxio Peres Racing Point + 0:16.070 2
5 55 Karlos Sayns McLaren + 0:21.905 2
6 10 Pyer Qasli AlphaTauri + 0:22.766 2
7 16 Şarl Lekler Ferrari + 0:30.814 2
8 27 Niko Hülkenberq Racing Point + 0:32.596 2
9 8 Roman Qrojan Haas + 0:39.081 1
10 99 Antonio Covinatsi Alfa Romeo + 0:40.035 2
11 5 Sebastyan Fettel Ferrari + 0:40.810 2
12 7 Kimi Rəykkönen Alfa Romeo + 0:41.476 2
13 20 Kevin Maqnussen Haas + 0:49.585 2
14 6 Nikolas Latifi Williams + 0:54.449 2
15 26 Daniil Kvyat AlphaTauri + 0:55.588 2

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:28.139 (60-cı dövrə, 210.267 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Lando Norris McLaren 44 güc qurğusu
Aleksander Elbon Red Bull 23 soyutma sistemi
Esteban Okon Renault 22 hidravlik sistem
Valtteri Bottas Mercedes AMG 18 MGU-H
Corc Rassell Williams 12 asılqan

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 230
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 161
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 147
4 3 Daniel Rikkardo Renault DP World F1 Team 78
5 11 Serxio Peres BWT Racing Point F1 Team 68
6 4 Lando Norris McLaren F1 Team 65
7 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 64
8 16 Şarl Lekler Scuderia Ferrari 63
9 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 53
11 55 Karlos Sayns McLaren F1 Team 51
12 31 Esteban Okon Renault DP World F1 Team 36
13 5 Sebastyan Fettel Scuderia Ferrari 17
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 14
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 10
16 99 Antonio Covinatsi Alfa Romeo Racing 3
17 7 Kimi Rəykkönen Alfa Romeo Racing 2
18 8 Roman Qrojan Haas F1 Team 2
19 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 391
2 Aston Martin Red Bull Racing Honda 211
3 BWT Racing Point F1 Team Mercedes 120
4 McLaren F1 Team Renault 116
5 Renault DP World F1 Team Renault 114
6 Scuderia Ferrari Ferrari 80
7 Scuderia AlphaTauri Honda Honda 67
8 Alfa Romeo Racing Ferrari 5
9 Haas F1 Team Ferrari 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*