Ayfel Qran Prisi: Sıralanma turu

İlk iki günlük həftəsonu formatı ilk dəfə oktyabrın sonunda İmolada tətbiq ediləcək. Lakin komandalar bununla bağlı çətinliklərlə artıq Nürburqrinqdə qarşılaşıblar.

F-1.az xatırladır ki, dünənə planlaşdırılan ilk iki sərbəst yürüş sessiyası pis hava şəraitinə görə baş tutmayıb. Komandalar uzun fasilədən sonra gəldikləri Nürburqrinqdə ilk dəfə bugünkü məşqlərdə işləyə biliblər və Valtteri Bottas hamıdan sürətli olub.

Sıralanma turundan əvvəl səhhətində problemlər olduğu üçün məşqlərdə iştirak edə bilməyən Ləns Strollun Niko Hülkenberq tərəfindən əvəzlənəcəyi elan edilib.

İlk Sessiyada Peres Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə mübarizəyə başlayıblar. Maqnussen, Covinatsi və Qrojan 4-cü döngədə trasdan tam çıxdıqları üçün nəticələri ləğv edilib. Peres Soft təkərə keçib, Ferstappen, Həmilton, Bottas və Lekler ikinci cəhdlərinə çıxmayıblar. Maks 1:26.319-luq nəticə ilə protokollara başçılıq edib. Hülkenberq, Rəykkönen, Latifi, Rassell və Qrojan mübarizəni dayandırıblar. Covinatsi cari mövsümdə ilk dəfə növbəti sessiyaya keçə bilib.

İkinci sessiyada Mercedes və Ferrari sürücüləri ilə yanaşı Rikkardo da Medium təkərlə trasa çıxıb, lakin onlar sonra ən yumşaq tərkibə keçiblər. Buna görə də, sabah ilk onluqdakı bütün sürücülər Soft təkərlərlə yarışa başlayacaqlar. Həmilton birinci olub – 1:25.390. Maqnussen, Covinatsi, Kvyat, Qasli və Fettel üçün mübarizə başa çatıb.

Son sessiyada hamı Soft təkərlərlə trasa çıxıb. Ferstappen ilk cəhddə rəqibərini üstələyib – 1:25.744. Maks ikinci cəhddə nəticəsini yaxşılaşdırsa da, Mercedes sürücülərindən geri qalıb. Bottas trasın yeni mütləq rekordunu (1:25.229) müəyyəm edib.

Beləliklə, Valtteri Bottas mövsümdə 3-cü, karyerasında isə 14-cü poulunu qazanıb. Mercedes sürücüləri mövsümdə 8-ci dəfə ilk cərgəni zəbt ediblər. İkinci cərgə isə Ferstappenlə gözlənilmədən dördüncü olan Leklerindir. Bizi sabah Bakı vaxtı ilə 16:10-da möhtəşəm yarış gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 2 1:26.573 7 3 1:25.971 6 1:25.269 6
2 44 Lyuis Həmilton Mercedes AMG 3 1:26.620 6 1 1:25.390 6 1:25.525 6
3 33 Maks Ferstappen Red Bull 1 1:26.319 3 2 1:25.467 6 1:25.562 6
4 16 Şarl Lekler Ferrari 6 1:26.857 4 5 1:26.240 8 1:26.035 6
5 23 Aleksander Elbon Red Bull 11 1:27.126 6 6 1:26.285 3 1:26.047 6
6 3 Daniel Rikkardo Renault 5 1:26.836 6 4 1:26.096 6 1:26.223 6
7 31 Esteban Okon Renault 8 1:27.086 8 10 1:26.364 6 1:26.242 6
8 4 Lando Norris McLaren 4 1:26.829 6 7 1:26.316 6 1:26.458 6
9 11 Serixo Peres Racing Point 10 1:27.120 8 8 1:26.330 6 1:26.704 3
10 55 Karlos Sayns McLaren 14 1:27.378 8 9 1:26.361 6 1:26.709 6
11 5 Sebastyan Fettel Ferrari 9 1:27.107 8 11 1:26.738 8
12 10 Pyer Qasli AlphaTauri 7 1:27.072 10 12 1:26.776 6
13 26 Daniil Kvyat AlphaTauri 13 1:27.285 10 13 1:26.848 6
14 99 Antonio Covinatsi Alfa Romeo 15 1:27.532 8 14 1:26.936 6
15 20 Kevin Maqnussen Haas 12 1:27.231 10 15 1:27.125 6
16 8 Roman Qrojan Haas 16 1:27.552 10
17 63 Corc Rassell Williams 17 1:27.564 9
18 6 Nikolas Latifi Williams 18 1:27.812 9
19 7 Kimi Rəykkönen Alfa Romeo 19 1:27.817 8
20 27 Niko Hülkenberq Racing Point 20 1:28.021 10
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*