Gələn il Avstriya Qran Prisi Formula1 təqviminə qayıdacaq – yarış iyulun 6-da Red Bull Ring trasında baş tutacaq…
Avtodromun rəsmi saytında deyilir: “2014-cü il iyulun 6-da Şpilberqdə Red Bull Ring trasında Formula1 yarışı keçiriləcək. Əlavə məlumat sonra veriləcək…”
Bundan başqa bu gün şirkət Avstriya KİV-i üçün qısa bəyanat da verib: “Diter Mateşiç və Berni Ekklstoun gələn il Formula1-in Avstriyaya qayıtması razılığına gəliblər.”
Avstriya Qran Prisinin təqvimdə hansı yarışı əvəz etməsi barədə heç nə bildirilmir, təqvim FİA-nın Atoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında təsdiq olunacaq. Sonuncu dəfə Avstriyada Formula1 yarışı 2003-cü ildə keçirilib və yarışda qələbəni Mixael Şumaxer qazanmışdı…