Avstriya-2023: Sprint yarışının sıralanma turu

Çempionatın rəhbərliyi bu ilk dəfə sprint yarışına aid hər şeyi həftəsonundan ayırmaq qərarına gəlib - artıq Bakıdan bəri sprint yarışının öz sıralanma turu var.

F-1.az xəbər verir ki, bu dəfə şərtləq bir qədər yüngülləşdirilib – sürücülər hər sessiyada yalnız bir dəstdən istifadə edə bilər, lakin Bakıdan fərqli olaraq, o dəstlər işləmiş də ola bilərlər.

Dünənki sıralanma turunda Maks Ferstappen qalib gəlib. Bu gün yağış yağıb, F3-ün sessiyasından sonra tras bir qədər qurusa da, vəziyyət dünənkindən tamamilə fərqli olub.

Cümə günü keçirilən seçmə mərhələnin gedişində stüardlar trasın sərhədlərini pozduqlarına görə 47 dəfə nəticələri ləğv ediblər. Axşam sürücülər və komanda nümayəndələri bunu tənqid ediblər, lakin yanaşma dəyişməyib – Sprint Shootout-da dörd təkər ağ xəttdən kənara çıxarsa, göstərilən nəticələrin aradan qaldırılmasına səbəb olub.

İlk sessiyada tras tam qurumasa da, sürücülər sliklərlə trasa çıxıblar. Lakin Elbon, Piastri və Sarcent keçid təkərlər üçün boksa qayıdıblar. Sıxlıq dünənkindən daha çox olub. Sayns əyləcləri tüstüləndiyi üçün boksa qayıdıb. Çjou yerində fırlanıb. Ferstappen, Həmilton, Peres və Sarcentin nəticələri ləğv edilib. Trasın vəziyyəti getdikcə düzəlib və nəticələr yaxşılaşıb. Ən yaxşı nəticə Saynsdan gəlib, Sarcent, Bottas, Həmilton, Piastri və Çjou mübarizəni dayandırıblar.

İkinci Sessiyada hamı aşınmış Soft-larla trasa çıxıb. Rassell hidravlik problemə görə mübarizəni davam etdirə bilməyib. Ferstappen hamıdan sürətli olub, Rassell, de Friz, Tsunoda, Qasli və Elbon ilk onluğa girə bilməyiblər.

Son sessiyada Sayns və Hülkenberq yeni Medium, Ferstappen, Lekler və Norris yeni Soft, qalanları isə işlənmiş Soft təkərlərlə çıxıblar. Maks dərhal yeni etalon təyin edib – 1:04.613. Sonrakı cəhdi isə 1:04.440 olub və heç kim bu nəticəyə yaxınlaşa bilməyib.

Bugünkü sprintə Red Bull sürücüləri birinci, Norris və Hülkenberq ikinci, Ferrari sürücüləri isə üçüncü cərgədən başlayacaqlar.

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 2 1:06.236 9 1 1:05.371 8 1:04.440 6
2 11 Serxio Peres Red Bull 14 1:06.924 9 8 1:05.836 8 1:04.933 6
3 4 Lando Norris McLaren 9 1:06.723 9 5 1:05.699 8 1:05.010 6
4 27 Niko Hülkenberq Haas 3 1:06.548 9 10 1:06.091 8 1:05.084 6
5 55 Karlos Sayns Ferrari 1 1:06.187 5 2 1:05.434 7 1:05.136 6
6 16 Şarl Lekler Ferrari 15 1:07.061 10 4 1:05.673 8 1:05.245 5
7 14 Fernando Alonso Aston Martin 5 1:06.611 10 7 1:05.759 8 1:05.258 6
8 18 Ləns Stroll Aston Martin 4 1:06.569 10 9 1:05.914 8 1:05.347 6
9 31 Esteban Okon Alpine 10 1:06.840 10 3 1:05.604 8 1:05.366 6
10 20 Kevin Maqnussen Haas 6 1:06.629 9 6 1:05.730 8 1:05.912 6
11 23 Aleksander Elbon Williams 12 1:06.892 10 11 1:06.152 8
12 10 Pyer Qasli Alpine 11 1:06.873 10 12 1:06.360 6
13 22 Yuki Tsunoda AlphaTauri 13 1:06.896 10 13 1:06.369 8
14 21 Nik de Friz AlphaTauri 8 1:06.704 10 14 1:06.593 8
15 63 Corc Rassell Mercedes 7 1:06.653 10 15  – 0
16 24 Quanyu Çjou Alfa Romeo 16 1:07.062 9
17 81 Oskar Piastri McLaren 17 1:07.106 10
18 44 Lyuis Həmilton Mercedes 18 1:07.282 9
19 77 Valtteri Bottas Alfa Romeo 19 1:07.291 9
20 2 Loqan Sarcent Williams 20 1:07.426 10
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*