F-1.az xatırladır ki, təsnifat mərhələsindən əvvəlkiyeganə sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan üstün olub.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkibləri gətirib. Proqnozlar yağış vəd etsə də, sessiya quru keçib və sürücülər sliklərdən istifadə ediblər.
Birinci sessiyada hamı Soft təkərlərlə trasa çıxıblar. Hamı önündə boşluq yaradaraq rahat dövrə vurmağa çalışsa da, tras qısa olduğu üçün mane olanlar da çox olub. Hülkenberq, Norris, Sayns, Ferstappen, Norris, Peres və Alonsonun dövrələri trasdan tam çıxdıqları üçün ləğv edilib.
Sessiya altıncı dövrədə qırmızı bayraqlarla dayandırılıb – Valtteri yerində fırlanaraq trasdan çıxıb və tərpənə bilməyib. Lakin daha sonra maşını hərəkətə gətirərək boksa çata bilib. Fasilə 6 dəqiqə davam edib. Ferstappenin 1:05.116-lik nəticəsi ən sürətli olub. De Friz, Maqnussen, Sarcent, Çjou və Tsunoda üçün sıralanma turu başa çatıb.
İkinci sessiyada da hamı Soft-larla trasa çıxıb, lakin bəziləri işlənmiş təkərlərdən istifadə edib. Ferstappen və Norris ardıcıl olaraq ən yaxşı nəticəni əldə ediblər. Peresin nəticəsi ləğv edilib. Onunla yanaşı, Bottas, Piastri, Okon və Rassell də ilk onluğa düşməyib.
Son sessiyada Ferstappen elə ilk cəhdində cə yeni etalon təyin edib – 1:04.503. Daha sonra isə nəticəsini daha da yaxşılaşdırıb – 1:04.391.
Maks Ferstappen komandasının ev yarışına ən öndən başlayacaq. Bu, niderlandlı sürücünün cari mövsümdə altıncı, karyerasında isə 26-cı poulu olub. Bazar günü onunla ən ön sıranı Şarl Lekler paylaşacaq. İkinci cərgədən Sayns və Norris, üçüncü cərgədən isə Həmilton və Alonso start alacaq.
Sabah biz daha bir sıralanma turu və sprint yarışı izləyəcəyik…
SIRALANMA TURUNUN NƏTİCƏLƏRİ
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | ||||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | |||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:05.116 | 12 | 1 | 1:04.951 | 6 | 1 | 1:04.391 | 6 |
2 | 16 | Şarl Lekler | Ferrari | 5 | 1:05.577 | 10 | 5 | 1:05.087 | 10 | 2 | 1:04.439 | 6 |
3 | 55 | Karlos Sayns | Ferrari | 3 | 1:05.339 | 10 | 2 | 1:04.975 | 9 | 3 | 1:04.581 | 6 |
4 | 81 | Lando Norris | McLaren | 6 | 1:05.617 | 12 | 3 | 1:05.038 | 5 | 4 | 1:04.658 | 6 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 8 | 1:05.673 | 11 | 8 | 1:05.188 | 8 | 5 | 1:04.819 | 6 |
6 | 18 | Ləns Stroll | Aston Martin | 12 | 1:05.710 | 10 | 6 | 1:05.121 | 9 | 6 | 1:04.893 | 6 |
7 | 14 | Fernando Alonso | Aston Martin | 7 | 1:05.655 | 12 | 7 | 1:05.181 | 9 | 7 | 1:04.911 | 6 |
8 | 27 | Niko Hülkenberq | Haas | 14 | 1:05.740 | 10 | 9 | 1:05.362 | 8 | 8 | 1:05.090 | 6 |
9 | 10 | Pyer Qasli | Alpine | 4 | 1:05.515 | 9 | 4 | 1:05.084 | 6 | 9 | 1:05.170 | 6 |
10 | 23 | Aleksander Elbon | Williams | 9 | 1:05.673 | 9 | 10 | 1:05.387 | 6 | 10 | 1:05.823 | 6 |
11 | 63 | Corc Rassell | Mercedes | 11 | 1:05.686 | 12 | 11 | 1:05.428 | 9 | |||
12 | 31 | Esteban Okon | Alpine | 13 | 1:05.729 | 9 | 12 | 1:05.453 | 6 | |||
13 | 81 | Oskar Piastri | McLaren | 10 | 1:05.683 | 10 | 13 | 1:05.605 | 9 | |||
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | 15 | 1:05.763 | 8 | 14 | 1:05.680 | 6 | |||
15 | 11 | Serxio Peres | Red Bull | 2 | 1:05.177 | 10 | 15 | 2:06.688 | 9 | |||
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 16 | 1:05.784 | 10 | ||||||
17 | 24 | Quanyu Çjou | Alfa Romeo | 17 | 1:05.818 | 9 | ||||||
18 | 2 | Loqan Sarcent | Williams | 18 | 1:05.948 | 9 | ||||||
19 | 20 | Kevin Maqnussen | Haas | 19 | 1:05.971 | 10 | ||||||
20 | 21 | Nik de Vris | AlphaTauri | 20 | 1:05.974 | 10 |