Pirelli bir həftə əvvəl bura orta üçlüyü gətirmişdisə, bu dəfə ən yumşaq tərkiblərə – C3, C4 və C5 təkərlərə müraciət edilib.
F-1.az xatırladır ki, dünən baş tutan ilk məşqlərlə yanaşı, bugünkü məşqlərdə də ən sürətli Maks Ferstappen olub. İkinci sərbəst yürüşlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib.
İlk Sessiyada AlphaTauri və Aston Martin sürücüləri Medium, digərləri isə Soft təkərlərlə mübarizəyə başlayıblar. Trasda sıxlıq olub, sərbəst yürüşlərdə olduğu kimi, burada da 9 və 10-cu döngələrdə asfaltdan tam çıxmaya görə nəticələr ləğv edilib. Sakit keçən sessiyada Ferstappen fərqlənib – 1:04.249. Mazepin, Şumaxer, Latifi, Okn və Rəykkönen mübarizəni dayandırıblar.
İkinci Sessiyada Mercedes, Ferrari, Mclaren sürücüləri və Ferstappen orta, qalanları yumşaq təkəri seçiblər. Nəticələr çox yaxın olub. İkinci cəhddə bir çox sürücü Medium təkərlərə keçib. Fettel Alonsonun sürətlig dövrəsinə mane olub. Buna görə Sebastyana startda 3 yer itirməklə yanaşə, 1 cərimə balı verilib. Ferstappen 1:03.927-lik nəticə ilə yenə də ən sürətli olub. Covinatsi, Alonso, Rikkardo, Lekler və Saynsın mübarizəni dayandırdığı mərhələrə Rassel son sessiyaya yüksəlməyi bacarıb.
Son sessiyada hamı Soft təkərləri seçib. Rassell ilk cəhdinə çıxmayıb. Maks ilk cəhdində 1:03.720-lik nəticə göstərib. Nidelandlı pilot ikinci cəhdində bunu yaxşılaşdıra bilməyib, lakin Norris möhtəşəm dövrə vuraraq ona minimal fərqlə uduzub.
Beləliklə, Maks Ferstappen mövsümdə ardıcıl 3-cü, mövsümdə 4-cü, karyerasında isə 7-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Lando Norris başlayacaq ki, bu, Mclaren komandası üçün 2012-ci ildəki Braziliya Qran Prisindən bəri ilkdir.
2017-ci ildə baş tutan Sinqapur Qran Prisindən bəri ilk dəfə Mercedes sürücülərindən heç kim ilk cərgədə olmayacaq. Peres və Həmilton ikinci, Bottas və Qasli isə üçüncü cərgədən yarışa başlayacaqlar…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 33 | Maks Ferstappen | Red Bull | 1 | 1:04.249 | 3 | 1 | 1:03.927 | 6 | 1:03.720 | 7 |
2 | 4 | Lando Norris | McLaren | 2 | 1:04.345 | 6 | 5 | 1:04.415 | 6 | 1:03.768 | 7 |
3 | 11 | Serxio Peres | Red Bull | 8 | 1:04.833 | 8 | 6 | 1:04.483 | 9 | 1:03.990 | 7 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 4 | 1:04.506 | 6 | 2 | 1:04.258 | 6 | 1:04.014 | 6 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 5 | 1:04.563 | 6 | 3 | 1:04.376 | 7 | 1:04.049 | 6 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | 9 | 1:04.841 | 9 | 4 | 1:04.412 | 6 | 1:04.107 | 6 |
7 | 22 | Yuki Tsunoda | AlphaTauri | 14 | 1:04.967 | 9 | 8 | 1:04.518 | 6 | 1:04.273 | 6 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 10 | 1:04.846 | 9 | 7 | 1:04.493 | 5 | 1:04.570 | 6 |
9 | 63 | Corc Rassell | Williams | 12 | 1:04.907 | 6 | 10 | 1:04.553 | 6 | 1:04.591 | 3 |
10 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 1:04.927 | 9 | 9 | 1:04.547 | 6 | 1:04.618 | 6 |
11 | 55 | Karlos Sayns | Ferrari | 6 | 1:04.596 | 9 | 11 | 1:04.559 | 6 | ||
12 | 16 | Şarl Lekler | Ferrari | 11 | 1:04.906 | 9 | 12 | 1:04.600 | 6 | ||
13 | 3 | Daniel Rikkardo | McLaren | 15 | 1:04.977 | 9 | 13 | 1:04.719 | 6 | ||
14 | 14 | Fernando Alonso | Alpine | 3 | 1:04.472 | 3 | 14 | 1:04.856 | 6 | ||
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 7 | 1:04.782 | 9 | 15 | 1:05.083 | 6 | ||
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 16 | 1:05.009 | 9 | |||||
17 | 31 | Esteban Okon | Alpine | 17 | 1:05.051 | 6 | |||||
18 | 6 | Nikolas Latifi | Williams | 18 | 1:05.195 | 6 | |||||
19 | 47 | Mik Şumaxer | Haas | 19 | 1:05.427 | 9 | |||||
20 | 9 | Nikita Mazepin | Haas | 20 | 1:05.951 | 9 |