F-1.az xatırladır ki, keçən həftə buraya C2, C3 və C4 tərkibləri gətirilmişdisə, bu dəfə Pirelli ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini sürücülərin ixtiyarına verib. Buna görə də, hamı daha çox ən yumşaq iki tərkibin səmərəliliyinin qiymətləndirilməsi üzərində çalışıb.
Səhər olduğu kimi, yenə hər bir sürücüyə Silverstoundan etibarən istifadəsi planlaşdırılan daha güclü yeni arxa təkərlərdən 2 dəst verilib və onlar bu təkərlərlə daha çox işləyiblər. Sonlara yaxın 4-cü döngə olan ərazidə bir qədər yağış yağıb, Həmilton çınqıllığa çıxıb və boksa üz tutub. Daha sonra isə trasa qaydıb. Norris də ilk döngədə səhvə yol verib.
Son iki döngədə trasdan tam çıxma hallarına görə 19 nəticə ləğv edilib. Protokollara isə bu dəfə Lyuis Həmilton başçılıq edib – 1:04.523. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:04.523 | – | 31 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:04.712 | + 0:00.189 | 34 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:04.740 | + 0:00.217 | 35 |
4 | 18 | Ləns Stroll | Aston Martin | 1:05.139 | + 0:00.616 | 33 |
5 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:05.268 | + 0:00.745 | 37 |
6 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:05.356 | + 0:00.833 | 37 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 1:05.379 | + 0:00.856 | 38 |
8 | 14 | Fernando Alonso | Alpine | 1:05.393 | + 0:00.870 | 34 |
9 | 4 | Lando Norris | McLaren | 1:05.466 | + 0:00.943 | 34 |
10 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:05.511 | + 0:00.988 | 32 |
11 | 11 | Serxio Peres | Red Bull | 1:05.516 | + 0:00.993 | 39 |
12 | 31 | Esteban Okon | Alpine | 1:05.527 | + 0:01.004 | 36 |
13 | 55 | Karlos Sayns | Ferrari | 1:05.620 | + 0:01.097 | 37 |
14 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:05.624 | + 0:01.101 | 33 |
15 | 3 | Daniel Rikkardo | McLaren | 1:05.698 | + 0:01.175 | 32 |
16 | 16 | Şarl Lekler | Ferrari | 1:05.708 | + 0:01.185 | 33 |
17 | 63 | Corc Rassell | Williams | 1:05.819 | + 0:01.296 | 36 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:05.911 | + 0:01.388 | 35 |
19 | 6 | Nikolas Latifi | Williams | 1:06.014 | + 0:01.491 | 38 |
20 | 9 | Nikita Mazepin | Haas | 1:06.173 | + 0:01.650 | 35 |