Avstriya-2020: Yarışa hava proqnozu

Şpilberqdə cümə axşamı gecə saatlarında güclü yağış yağsa da, cümə günü ilk məşqlərə qədər tras qurumuşdu, həmin sessiya ərəfəsində də yağış bir qədər damcılamışdı.

İkinci məşq sessiyası ilə yanaşı, dünən keçirilən üçüncü məşqlər və sıralanma turu da quru havada baş tutmuşdu.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, sürücülər yerli saatla 15:10-da isinmə dövrəsinə yollanacaqlar. Bu vaxt hava buludsuz və günəşli olacaq, termometrlər +24 dərəcəni göstərəcklər. Mülayim şimal-şərq küləyi əsəcək. Yağıntı gözlənilmir.

Xatırladaq ki, keçənilki Avstriya Qran Prisi zamanı havanın istiliyi +33 dərəcəyə qalxdığından, komandalar mühərriklərin gücünü məhdudlaşdırmalı olmuşdular, bu da öz növbəsində nəticələrə təsir etmişdi. Bu dəfə belə problem olmamalıdır.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*