Avstriya-2020: Üçüncü sərbəst yürüşlər

Dünənki məşqlərdən sonra heç də bütün komandalar maşınlarından razı qalmamışdırlar. Toplanan məlumatlara əsasən edilən düzəlişlərdən sonra bu gün proqramlarına davam ediblər.

Şpilberqdə ötmələr etmək asan deyil, ona görə də, sürücülərin çoxu yumşaq təkərlərlə qısa dövrələr vuraraq sıralanma turuna hazırlaşıblar.

F-1.az bildirir ki, sessiya 24-cü dəqiqədə qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Latifinin birinci döngədəki qəzası olub. Latifi kokpitdən özü çıxsa da, müayinə üçün tibbi mərkəzə göndərilib. Williams mexanikləri maşını sıralanma turuna çatdırmaq üçün xeyli işləməli olacaqlar. Ehtiyat hissələrinin və əməkdaşların sayının az olduğunu nəzərə alsaq, komandanın işi heç də asan deyil…

Fasilə 10 dəqiqə davam edib və sessiya ərzində başqa maraqlı hadisə qeydə alınmayıb. Ferrari sürücüləri uzun müddət protokollara başçılıq etsələr də, son dəqiqələrdə Mercedes pilotları yenə hamıdan sürətli olublar – Həmilton 1:04.130-lu nəticə ilə bu sessiyada da hamıdan üstün olub.

Mercedes-in əlçatmaz olduğu görünür, lakin Ferstappenin bu sessiyada cüzi uduzması mübarizə ola biləcəyindən xəbər verir. Bakı vaxtı ilə 17:00-da bizi mövsümün ilk sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.130 21
2 77 Valtteri Bottas Mercedes AMG 1:04.277 + 0:00.147 22
3 33 Maks Ferstappen Red Bull 1:04.413 + 0:00.283 20
4 11 Serxio Peres Racing Point 1:04.605 + 0:00.475 19
5 16 Şarl Lekler Ferrari 1:04.703 + 0:00.573 19
6 23 Aleksandr Elbon Red Bull 1:04.725 + 0:00.595 22
7 5 Sebastyan Fettel Ferrari 1:04.851 + 0:00.721 20
8 18 Ləns Stroll Racing Point 1:04.918 + 0:00.788 18
9 10 Pyer Qasli AlphaTauri 1:04.949 + 0:00.819 19
10 4 Lando Norris McLaren 1:04.950 + 0:00.820 22
11 31 Esteban Okon Renault 1:05.037 + 0:00.907 11
12 3 Daniel Rikkardo Renault 1:05.088 + 0:00.958 13
13 55 Karlos Sayns McLaren 1:05.177 + 0:01.047 24
14 26 Daniil Kvyat AlphaTauri 1:05.290 + 0:01.160 24
15 8 Roman Qrojan Haas 1:05.363 + 0:01.233 17
16 63 Corc Rassell Williams 1:05.565 + 0:01.435 21
17 20 Kevin Maqnussen Haas 1:05.648 + 0:01.518 18
18 99 Antonio Covinatsi Alfa Romeo 1:05.654 + 0:01.524 16
19 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.773 + 0:01.643 18
20 6 Nikolas Latifi Williams 1:07.049 + 0:02.919 6
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*