Avstriya-2020: İkinci sərbəst yürüşlər

İkinsi sessiyanın startında asfaltın temperaturu +30 dərəcəyə qədər qalxıb. Digər seriyaların iştirakçılarının sessiyadan əvvəl trasda çıxışı da rezin qatının yaranmasına səbəb olub və asfaltın vəziyyəti yaxşılaşıb.

F-1.az bildirir ki, sıralama turu və yarışın daha isti havada baş tutacağı proqnozlaşdırılır, ikinci məşqlər zamanı güclü külək olsa da, hava şəraiti sözügedən sessiyalarda gözlənilənlə eyni olub.

Sessiyaya ilk başlayan ilk seansı əyləc probleminə görə qaçıran Qrojan olub. Kvyat, Latifi və Elbon birinci, Qrojan isə üçüncü döngədə yerində fırlanıb, lakin heç bir halda maşınlara zərər dəyməyib. Rəykkönen və Ferstappen altıncı döngədə trasdan çıxıblar. Sayns da məhz orada maşının ön qanadını zədələyib və boksa qayıtmalı olub.

Səhər olduğu kimi, protokollara yenə də Lyuis Həmilton başçılıq edib – 1:04.304. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:04.304 41
2 77 Valtteri Bottas Mercedes AMG 1:04.501 + 0:00.197 37
3 11 Serxio Peres Racing Point 1:04.945 + 0:00.641 47
4 5 Sebastyan Fettel Ferrari 1:04.961 + 0:00.657 47
5 3 Daniel Rikkardo Renault 1:04.972 + 0:00.668 35
6 4 Lando Norris McLaren 1:05.087 + 0:00.783 37
7 18 Ləns Stroll Racing Point 1:05.135 + 0:00.831 48
8 33 Maks Ferstappen Red Bull 1:05.215 + 0:00.911 40
9 16 Şarl Lekler Ferrari 1:05.298 + 0:00.994 45
10 55 Karlos Sayns McLaren 1:05.352 + 0:01.048 36
11 31 Esteban Okon Renault 1:05.415 + 0:01.111 41
12 26 Daniil Kvyat AlphaTauri 1:05.443 + 0:01.139 33
13 23 Aleksandr Elbon Red Bull 1:05.453 + 0:01.149 46
14 99 Antonio Covinatsi Alfa Romeo 1:05.608 + 0:01.304 48
15 20 Kevin Maqnussen Haas 1:05.678 + 0:01.374 43
16 8 Roman Qrojan Haas 1:05.908 + 0:01.604 49
17 10 Pyer Qasli AlphaTauri 1:06.016 + 0:01.712 51
18 63 Corc Rassell Willimas 1:06.125 + 0:01.821 40
19 7 Kimi Rəykkönen Alfa Romeo 1:06.278 + 0:01.974 44
20 6 Nikolas Latifi Willimas 1:07.124 + 0:02.820 44
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*