F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, Şpilberqdə cümə, şənbə və bazar günlərində buludlu hava gözlənilir. Şimşək çaxacağı, leysan yağacağı proqnozlaşdırılır. Həftəsonu ən isti hava şənbə günü müşahisə ediləcək – temperatur +24 dərəcəyə qədər yüksələcək. Bazar günü isə termometrlər maksimum +20 dərəcəni göstərəcəklər.
Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru trasda baş tutmuşdu.