F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, ilk iki sərbəst yürüşün baş tutacağı cümə günü 80% ehtimalla yağış yağacaq, temperatur isə +20 dərəcəyə qədər yüksələcək.
Şənbə günü hava düzələcək – hərarət +24 dərəcəyə çatacaq, yağıntı ehtimalı cəmi 10% olacaq.
Mövsümün ilk yarışının baş tutacağı bazar günü isə hava daha da isti olacaq. Temperatur +26 dərəcəyə çatacaq və yağıntı ehtimalı 10%-dir.
Red Bull Rinqdə gələn həftəsonu da yarış var və həmin günlərdə leysan yağacağı proqnozlaşdırılır.