F-1.az bildirir ki, sessiya ərzində ciddi insident olmayıb. Trasın vəziyyəti yaxşılaşıb, səhvlər azalıb. Maks Ferstappen çınqıllığa düşsə də, maşına ciddi zərər dəyməyib. Hartli və Vandorn porebriklərə hücum edərkən ön qanadı zədələyiblər. Belçikalı sürücü bu il Şpilberqdə ön qanadın zədələnməsinə görə ikinci dəfə məşqləri vaxtından əvvəl başa vurub.
Sona 10 dəqiqə qalmış Ferstappen güc qurğusundakı problemə görə beşinci döngədə dayanıb. Son dəqiqədə isə Lekler ötürmələr qutusunda problem yaşayıb.
Protokollara bu dəfə Fettel başçılıq edib – 1:04.070. O, Həmiltonu cüzi fərqlə üstələyib. Bizi poul uğrunda kəskin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:04.070 | – | 22 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:04.099 | + 0:00.029 | 24 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:04.204 | + 0:00.134 | 24 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:04.470 | + 0:00.400 | 22 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:04.791 | + 0:00.721 | 14 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:04.891 | + 0:00.821 | 18 |
7 | 8 | Roman Qrojan | Haas | 1:04.916 | + 0:00.846 | 17 |
8 | 20 | Kevin Maqnussen | Haas | 1:05.013 | + 0:00.943 | 15 |
9 | 55 | Karlos Sayns | Renault | 1:05.086 | + 0:01.016 | 22 |
10 | 16 | Şarl Lekler | Sauber | 1:05.219 | + 0:01.149 | 25 |
11 | 2 | Niko Hülkenberq | Renault | 1:05.228 | + 0:01.158 | 19 |
12 | 10 | Pyer Qasli | Toro Rosso | 1:05.264 | + 0:01.194 | 25 |
13 | 31 | Esteban Okon | Force İndia | 1:05.444 | + 0:01.374 | 21 |
14 | 14 | Fernando Alonso | McLaren | 1:05.448 | + 0:01.378 | 18 |
15 | 11 | Serxio Peres | Force İndia | 1:05.502 | + 0:01.432 | 24 |
16 | 9 | Markus Eriksson | Sauber | 1:05.699 | + 0:01.629 | 26 |
17 | 28 | Brendon Hartli | Toro Rosso | 1:05.705 | + 0:01.635 | 23 |
18 | 2 | Stoffel Vandorn | McLaren | 1:05.837 | + 0:01.767 | 16 |
19 | 18 | Ləns Stroll | Williams | 1:06.029 | + 0:01.959 | 23 |
20 | 35 | Sergey Sirotkin | Williams | 1:06.318 | + 0:02.248 | 22 |