F-1.az bildirir ki, Eriksson və Sayns çınqıllığa düşsələr də, maşınlar zədələnməyib. Alonso 8 dövrə vurduqdan sonra maşını mexaniklərə təslim edib və uzun fasilədən sonra trasa qayıdıb. Sessiya 37-ci dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Pyer Qasli porebrikə hücum edərkən asılqanı qırılıb və çınqıllığa düşüb. Maşın təxliyə olunub və 3 dəqiqə sonra sessiya davam etdirilib. Pyer trasa 25 dəqiqədən sonra qayıda bilib.
Son dəqiqələrdə boksu tərk edən Maqnussen maşını saxlamalı olub, çünki mexaniklər ön sağ təkəri yaxşı bağlamayıblar. Protokollara bu dəfə də Lyuis Həmilton başçılıq edib – 1:04.579. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:04.579 | – | 37 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:04.755 | + 0:00.176 | 42 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:04.815 | + 0:00.236 | 53 |
4 | 3 | Daniel Rikkardo | Red Bull | 1:05.031 | + 0:00.452 | 48 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:05.125 | + 0:00.546 | 48 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:05.265 | + 0:00.686 | 42 |
7 | 8 | Roman Qrojan | Haas | 1:05.429 | + 0:00.850 | 38 |
8 | 20 | Kevin Maqnussen | Haas | 1:05.559 | + 0:00.980 | 41 |
9 | 10 | Pyer Qasli | Toro Rosso | 1:05.758 | + 0:01.179 | 31 |
10 | 2 | Stoffel Vandorn | McLaren | 1:05.930 | + 0:01.351 | 47 |
11 | 55 | Karlos Sayns | Renault | 1:05.999 | + 0:01.420 | 38 |
12 | 16 | Şarl Lekler | Sauber | 1:06.096 | + 0:01.517 | 30 |
13 | 31 | Esteban Okon | Force İndia | 1:06.133 | + 0:01.554 | 43 |
14 | 9 | Markus Eriksson | Sauber | 1:06.199 | + 0:01.620 | 29 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:06.273 | + 0:01.694 | 42 |
16 | 35 | Sergey Sirotkin | Williams | 1:06.326 | + 0:01.747 | 48 |
17 | 29 | Brendon Hartli | Toro Rosso | 1:06.332 | + 0:01.753 | 55 |
18 | 11 | Serxio Peres | Force İndia | 1:06.354 | + 0:01.775 | 48 |
19 | 14 | Fernando Alonso | McLaren | 1:06.429 | + 0:01.850 | 33 |
20 | 18 | Ləns Stroll | Williams | 1:06.626 | + 0:02.047 | 44 |