Avstriya-2018: Həftəsonuna hava proqnozu

Proqnozlar həftəsonuna isti hava vəd edir, yağış yağacağı gözlənilir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə axşamı hava sərin və yağıntılı olacaq, lakin cümə günü yaxşılaşacaq. Gündüz mülayim külək və +23 dərəcə isti gözlənilir, axşam isə leysan ehtimalı var.

Şənbə günü hava dəyişkən buludlu, temperatur +25 dərəcə olacaq. Yağıntı ehtimalı 20%-dir. Bazar günü isə səma açıq olacaq, termometrlər +24 dərəcəni göstərəcəklər. Yağıntı ehtimalı 10%-dir.

Xatırladaq ki, keçən il Şpilberqdə bütün sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*