F-1.az bildirir ki, yalnız Williams ehtiyat sürücünün köməyindən istifadə edib – Sergey Sirotkinin əvəzinə sükan arxasına Robert Kubitsa keçib. Fransadakı yarışdan cəmi bir həftə keçməsinə baxmayaraq, komandalar bura çox sayda yeniliklər gətiriblər. Ən böyük yeniliklər paketi Mercedes-in olub. Çempion komanda bir çox aerodinamik həllər gətirib və sessiya boyunca sürücülər müxtəlif variantları yoxlayaraq müqayisələr aparıblar.
Sessiya boyunca ciddi insident baş verməyib. Ferstappen yerində fırlanıb. Porebriklər Vandornun maşınının ön qanadını zədələyiblər, beşçikalı sürücü boksa qayıdıb. Maqnussenin maşınının arxa sağ təkəri deşilib və sessiya onun üçün başa çatıb.
Qısa Red Bull Rinq trasında nəticələr sıx olub. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:04.839
Məşqlər nahardan sonra davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:04.839 | – | 39 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:04.966 | + 0:00.127 | 39 |
3 | 33 | Maks Ferstappen | Red Bull | 1:05.072 | + 0:00.233 | 42 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 1:05.180 | + 0:00.341 | 29 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:05.483 | + 0:00.644 | 22 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:05.776 | + 0:00.937 | 31 |
7 | 8 | Roman Qrojan | Haas | 1:06.028 | + 0:01.189 | 31 |
8 | 31 | Esteban Okon | Force İndia | 1:06.055 | + 0:01.216 | 40 |
9 | 16 | Şarl Lekler | Sauber | 1:06.215 | + 0:01.376 | 31 |
10 | 10 | Pyer Qasli | Toro Rosso | 1:06.394 | + 0:01.555 | 36 |
11 | 9 | Markus Eriksson | Sauber | 1:06.400 | + 0:01.561 | 32 |
12 | 20 | Kevin Maqnussen | Haas | 1:06.404 | + 0:01.565 | 23 |
13 | 55 | Karlis Sayns | Renault | 1:06.427 | + 0:01.588 | 29 |
14 | 11 | Serxio Peres | Force İndia | 1:06.455 | + 0:01.616 | 42 |
15 | 27 | Niko Hülkenberq | Renault | 1:06.479 | + 0:01.640 | 35 |
16 | 18 | Ləns Stroll | Williams | 1:06.567 | + 0:01.728 | 32 |
17 | 14 | Fernando Alonso | McLaren | 1:06.612 | + 0:01.773 | 30 |
18 | 2 | Stoffel Vandorn | McLaren | 1:06.698 | + 0:01.859 | 30 |
19 | 27 | Brendon Hartli | Toro Rosso | 1:06.871 | + 0:02.032 | 45 |
20 | 40 | Robert Kubitsa | Williams | 1:07.424 | + 0:02.585 | 38 |