Avstriya-2017: Yarışa hava proqnozu

Red Bull Rinqdə cümə və şənbə günlərində sürücülər quru havada işləmişdilər. Lakin bu gün yağıntı ehtimalının yüksək olduğu proqnozlaşdırılır.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sürücülər qızdırma dövrəsinə yerli vaxtla saat 14:00-da yollanacaqlar. Həmin vaxt yağış ehtimalı 85% qiymətləndirilir, yarışın finişinə isə bu ehtimal 60%-ə qədər azalır.

Qeyd edək ki, Avstriya Qran Prisi təqvimə qayıtdıqdan sonra Şpilberqdə yağışlı havada yarış izləməmişik…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*