F-1.az xəbər verir ki, sürücülər sessiyanın çox hissəsini UltraSoft təkərlərlə keçiriblər. Bunu başa düşmək çətin deyil, çünki sıralanma turunda məhz bu tərkibdən istifadə olunacaq. Sessiyanın əvvəlində Sayns pit-leyndən çıxdıqdan 200 metr sonra güc qurğusundakı problemə görə dayanmalı olub. Marşallar maşını təhlükəsizlik zonasına itələyiblər. Evakuasiya işi operativ şəkildə görülüb və STR12 boksa çatdırılıb. Sayns yarım saat sonra trasa qayıda bilib.
Ferstappenin maşınının altlığı porebriklərə toxunub və holland sürücü boksa qayıtmalı olub. Lakin tezliklə məşqlərini davam etdirib. Həmilton isə sessiyanı başa vura bilməyib – dünən ötürmələr qutusu dəyişdirilən britaniyalı sürücünün maşınının əyləcləri üçüncü döngədə sıradan çıxıb. Lyuis olduqca yavaş sürətlə maşını mexaniklərə çatdırıb.
Protokollara trasın yeni rekordunu müəyyən edən Fettel başçılıq edib – 1:05.092. Bu rekordun sıralanma turunda yenilənəcəyinə şübhə yoxdur. Poul uğrunda mübarizə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:05.092 | – | 18 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:05.361 | + 0:00.269 | 21 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:05.515 | + 0:00.423 | 19 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:05.611 | + 0:00.519 | 19 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:05.784 | + 0:00.692 | 23 |
6 | 3 | Daniel Rikkardo | Red Bull | 1:05.896 | + 0:00.804 | 28 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:05.936 | + 0:00.844 | 21 |
8 | 8 | Roman Qrojan | Haas | 1:06.015 | + 0:00.923 | 21 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:06.279 | + 0:01.187 | 28 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 1:06.284 | + 0:01.192 | 19 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:06.374 | + 0:01.282 | 26 |
12 | 27 | Niko Hülkenberq | Renault | 1:06.563 | + 0:01.471 | 18 |
13 | 2 | Stoffel Vandorn | McLaren | 1:06.578 | + 0:01.486 | 17 |
14 | 30 | Colion Palmer | Renault | 1:06.595 | + 0:01.503 | 22 |
15 | 14 | Fernando Alonso | McLaren | 1:06.599 | + 0:01.507 | 20 |
16 | 18 | Ləns Stroll | Williams | 1:06.776 | + 0:01.684 | 22 |
17 | 19 | Felipe Massa | Williams | 1:06.865 | + 0:01.773 | 24 |
18 | 11 | Serxio Peres | Force İndia | 1:06.875 | + 0:01.783 | 28 |
19 | 9 | Markus Eriksson | Sauber | 1:07.378 | + 0:02.286 | 20 |
20 | 94 | Paskal Verlyayn | Sauber | 1:07.468 | + 0:02.376 | 25 |