Avstriya-2017: Sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xatırladır ki, dünən baş tutan Avstriya Qran Prisində Daniil Kvyat və Stoffel Vandorn cərimələniblər – onların hər birinə 2 cərimə balı verilib. Növbəti yarış bu həftəsonudur və bu müddətdə yalnız Sebastyan Fettelin keçən il Britaniya Qran Prisində aldığı 2 cərimə balı silinəcək (aşağıdakı cədvəldə nəzərə alınıb). Beləliklə alman sürücünün bu cədvəldə təkbaşına “liderliyi” də sona çatır.

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 5 Sebastyan Fettel 7 2 (Malayziya, 2016) 2 (Meksika, 2016) 3 (Azərbaycan, 2017)
2 55 Karlos Sayns 7 2 (Almaniya, 2016) 1 (Meksika, 2016) 2 (Bəhreyn, 2017) 2 (Kanada, 2017)
3 26 Daniil Kvyat 7 2 (ABŞ, 2016) 1 (Meksika, 2016) 2 (Kanada, 2017) 2 (Avstriya, 2017)
4 2 Stoffel Vandorn 5 1 (Rusiya, 2017) 2 (İspaniya, 2017) 2 (Avstriya, 2017)
5 21 Esteban Qutterres 5 2 (Macarıstan, 2016) 3 (Belçika, 2016)
6 30 Colion Palmer 5 2 (Əbu Dabi, 2016) 3 (Çin, 2017)
7 20 Kevin Maqnussen 5 2 (ABŞ, 2016) 1 (Rusiya, 2017) 2 (Kanada, 2017)
8 11 Serxio Peres 5 3 (Sinqapur, 2016) 2 (Monako, 2017)
9 27 Niko Hülkenberq 4 4 (Çin, 2017)
10 6 Niko Rosberq 4 2 (Almaniya, 2016) 2 (Malayziya, 2016)
11 31 Esteban Okon 4 2 (Sinqapur, 2016) 2 (Braziliya, 2016)
12 8 Roman Qrojan 3 3 (Çin, 2017)
13 12 Felipe Nasr 2 2 (İtaliya, 2016)
14 94 Paskal Verlyayn 2 2 (İspaniya, 2017)
15 22 Censon Batton 2 2 (Monako, 2017)
16 44 Lyuis Həmilton 2 2 (Bəhreyn, 2017)
17 19 Felipe Massa 2 2 (Braziliya, 2016)
18 33 Maks Ferstappen 1 1 (Meksika, 2016)
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*