F-1.az xəbər verir ki, yağış yağacağı proqnozlaşdırıldığından, sürücülər boksları tərk edərək trasa tələsiblər. Ancaq Peres və Ferstappen bir qədər ləngiyiblər – Serxionun maşınında mexaniklər akumulyatoru dəyişiblər, Maksın maşınında isə əyləc problemi üzündən altlığı çıxarmalı olublar.
Eriksson altıncı döngədə çınqıllığa çıxıb. Bir qədər sonra Bottas həmin yerdə eyni səhvə yol verib, hər iki halda maşınlara ziyan dəyməyib. Alonso yeddi dövrə vurduqdan sonra maşını mexaniklərə təhvil verib – MCL32-nin zədələnmiş altlığını dəyişmək lazım gəlib. Lakin ispan sürücü sonra işini davam etdirə bilib.
Toro Rosso sürücüləri və Rikkardo sessiyanı vaxtından əvvəl başa vurublar. Avstraliyalı sürücü turbin problemi yaşayıb.
Trasın üzərini buludlar alsa da, yağıntı olmayıb. Protokollara səhər olduğu kimi, bu dəfə də Həmilton başçılıq edib – 1:05.483. Lyuis trasın rekordunu daha da yaxşılaşdırıb. Məşqlər sabah davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:05.483 | – | 30 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 1:05.630 | + 0:00.147 | 50 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:05.699 | + 0:00.216 | 41 |
4 | 33 | Maks Ferstappen | Red Bull | 1:05.832 | + 0:00.349 | 33 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 1:05.873 | + 0:00.390 | 27 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 1:06.144 | + 0:00.661 | 54 |
7 | 20 | Kevin Maqnussen | Haas | 1:06.591 | + 0:01.108 | 43 |
8 | 14 | Fernando Alonso | McLaren | 1:06.732 | + 0:01.249 | 27 |
9 | 27 | Niko Hülkenberq | Renault | 1:06.735 | + 0:01.252 | 42 |
10 | 8 | Roman Qrojan | Haas | 1:06.763 | + 0:01.280 | 52 |
11 | 31 | Esteban Okon | Force İndia | 1:06.849 | + 0:01.366 | 50 |
12 | 2 | Stoffel Vandorn | McLaren | 1:06.859 | + 0:01.376 | 37 |
13 | 26 | Daniil Kvyat | Toro Rosso | 1:06.906 | + 0:01.423 | 34 |
14 | 19 | Felipe Massa | Williams | 1:07.065 | + 0:01.582 | 50 |
15 | 55 | Karlos Sayns | Toro Rosso | 1:07.100 | + 0:01.617 | 24 |
16 | 18 | Ləns Stroll | Williams | 1:07.468 | + 0:01.985 | 46 |
17 | 11 | Serxio Peres | Force İndia | 1:07.509 | + 0:02.026 | 41 |
18 | 30 | Colion Palmer | Renault | 1:07.623 | + 0:02.140 | 7 |
19 | 94 | Paskal Verlyayn | Sauber | 1:08.782 | + 0:03.299 | 48 |
20 | 9 | Markus Eriksson | Sauber | 1:08.870 | + 0:03.387 | 51 |