Avstriya-2017: Həftəsonuna ilkin hava proqnozu

Şpilberqdə keçiriləcək mövsümün doqquzuncu yarışı üçün yerli meteoroloqlar tərəfindən ilkin hava proqnozu elan olunub – həftəsonuna günəşli hava vəd edilir və yağıntı ehtimalı minimumdur.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sinoptiklər cümə, şənbə və bazar günlərinə buludlu hava proqnozlaşdırırlar. Temperatur +28 dərəcəyə qədər qalxacaq. Hər üç gündə yağıntı ehtimalı 20%-i keçmir.

Xatırladaq ki, keçən il Red Bull Rinqdə keçirilən ilk sərbəst yürüşlərdə bir qədər yağış yağsa da, digər sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*