Avstriya-2017: Həftəsonuna hava proqnozu

Proqnozlar Şpilberqdə həftəsonuna isti hava vəd edir. Yarışın baş tutacağı bazar günü yağıntı ehtimalı var.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, sinoptiklər cümə və şənbə günlərində havanın bir qədər buludlu olacağını və zəif şimal-qərb küləyinin əsəcəyini proqnozlaşdırırlar. Temperatur +29 dərəcəyə çatacaq. Bazar günü isə termometrlərin göstərəcəyi ən yüksək istilik +28 dərəcə olacaq. İstiqamətini dəyişən külək cənubdan əsəcək. Axşama doğru şimşək çaxması gözlənilir.

Xatırladaq ki, keçən il Red Bull Rinqdə keçirilən ilk sərbəst yürüşlərdə bir qədər yağış yağsa da, digər sessiyalar quru havada baş tutmuşdu.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*