F-1.az xəbər verir ki, yarışa pouldan başlayan, son dövrələrdə Fettelin təzyiqlərinə baxmayaraq, ikinci qələbəsini qazanan Mercedes-in sürücüsü Valtteri Bottas “Günün Sürücüsü” seçilib. Valtteri cari mövsümdə bu ada da ikinci dəfə layiq görülür. “Günün Sürücüsü” seçildiyi digər yarış isə elə ilk qələbəsini əldə etdiyi Rusiya Qran Prisi olmuşdu.
Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.
Yarış | Günün Sürücüsü |
Avstraliya Qran Prisi | Sebastyan Fettel |
Çin Qran Prisi | Maks Ferstappen |
Bəhreyn Qran Prisi | Sebastyan Fettel |
Rusiya Qran Prisi | Valtteri Bottas |
İspaniya Qran Prisi | Sebastyan Fettel |
Monako Qran Prisi | Sebastyan Fettel |
Kanada Qran Prisi | Sebastyan Fettel |
Azərbaycan Qran Prisi | Ləns Stroll |
Avstriya Qran Prisi | Valtteri Bottas |