Avstriya-2017: Bukmeyker cədvəlləri

Britaniyanın William Hill idarəsinin bukmeykerləri qarşıdakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, iki həftə əvvəl Bakıda olduğu kimi, Şpilberqdə də qələbəyə əsas namizəd Həmilton göstərilir. Ona və Fettelə verilmiş əmsallar keçən dəfəki ilə eynidir. Bizim yarışdakı qələbədən sonra Rikkardonun şansları keçən dəfəki ilə müqayisədə iki dəfə çox qiymətləndirilib, lakin əmsal yenə də ürəkaçan deyil…

Avstriya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 1.83
Sebastyan Fettel 3.25
Valtteri Bottas 5.00
Kimi Rəykkönen 17.00
Daniel Rikkardo, Maks Ferstappen 26.00
Felipe Massa 251.00

 

Azərbaycan Qran Prisindən sonra çempionatın lideri Fettellə arasındakı xal fərqi 14-ə qalxmasına baxmayaraq, Həmilton bu dəfə də titula əsas namizəd hesab olunur…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.73
Sebastyan Fettel 2.10
Valtteri Bottas 51.00
Daniel Rikkardo, Maks Ferstappen, Kimi Rəykkönen 201.00

 

Bukmeykerlər Mercedes AMG-nin ardıcıl dördüncü dəfə Mühəndislər Kubokunu qazanacağına şübhə etmirlər…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.25
Ferrari 3.75
Red Bull 1001.00
Force İndia, Williams, McLaren, Toro Rosso, Haas, Renault, Sauber 2501.00
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*