Avstriya-2016: Yarış

Dəyişkən hava və asıqlanların teztez qırılması Avstriya həftəsonunun əsas mövzusuna çevrilib. Yağış məşqlərdə normal işləməyə mane olmuşdu və dünənki sıralanma turunda qüvvələr nisbətinin bölgüsünə təsir etmişdi - bu gün səhər dəstək yarışları da yaş trasda baş tutub, F1 sürücülərinin paradı zamanı yağış çisələməyə başlayıb, amma yarışın startına hava düzəlib və tras quruyub.

F-1.az xatırladır ki, trasda ənənəvi porebriklərin arxasında yeni 10 sm hündürlüyü olan sarı porebriklər qurulmuşdu – məqsəd sürücüləri trasın hüddudlarına əməl etməyə çağırmaq idi.

Cümə günü Maks Ferstappen əvvəlcə ön antiqanadını, daha sonra isə asıqlanını sındırmışdı. Dünən səhər Niko Rosberqin maşınında asılqan qırılmışdı. Sıralanma turunda isə əvvəlcə Serxio Peres sınmış asılqanla boksa qayıtmışdı, daha sonra isə Daniil Kvyat sınmış asılqan üzündən ağır qəzaya uğramışdı. Sarı preobriklərdən narazılıqların sayı çox olsa da, FİA onları yığışdırmaqdan imtina edib.

Rosberq və Fettel ötürmələr qutusunu dəyişdirdikləri üçün startda 5 yer itirməli olublar, Palmer, Haryanto və Nasr isə sarı bayraqlar altında sürətlərini artırdıqları üçün 3 yer itiriblər. Kvyat üçün yeni şassi yığıldığı üçün rusiyalı sürücü pit-leyndən satrt almalı olub. Massanın maşınında əvvəlki versiyadan olan antiqanad quraşdırıldığı üçün o da pit-leyndən start almalı olub.

Start düzümü ənənədən uzaq alınıb. Qurumaqda olan trasda poulu Həmilton qazansa da, onunla birlikdə ilk cərgədə Hülkenberq dayanmışdı. İkinci cərgədən Batton və Rəykkönen, üçüncü cərgədən Rikkardo və Rosberq start alırdılar.

Pirelli Şpilberqə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirmişdi. Dünən Ferrari və Red Bull sürücüləri ən yaxşı nəticələrini SuperSoft-la göstərdikləri üçün elə bu dəstlərlə də start alıblar. İlk onluğun digər sürücüləri isə UltraSoft təkərlərlə starta çıxıblar.

Onların arxasında Verlyayn, Peres və Kvyat UltraSoft, Haryanto və Nasr Soft, digərləri isə SuperSoft seçiblər.

Startda insident yaşanmayıb. Həmilton liderliyini saxlayıb, Hülkenberq geriyə düşüb, amma sonra onunla birlikdə Rosberq və Ferstappen Rikkardonu qabaqlayıblar. 2-ci döngənin sonunda ilk onluq: Həmilton  – Batton  – Rəykkönen – Hülkenberq – Rosberq – Ferstappen – Rikkardo – Fettel – Bottas – Sayns.

3-cü dövrədə Kvyat güc qurğusundakı problem üzündən yarışı dayandırıb. Həmilton yavaşyavaş Battondan uzaqlaşıb. 6-cı dövrədə Rosberq və Ferstappen Hülkenberqi üstələyiblər, 7-ci dövrədə Fettel Rikkardo və Hülkenberqi qabaqlayıb, bu zaman Rəykkönen Battonu üstələyərək ikinci yerə yüksəlib.

9-cu dövrədə Hülkenberq və Alonso yeni təkər dəstinə keçiblər. 10-cu dövrədə Batton, Bottas, Sayns və Peres, 11-cidə Rosberq, 12-cidə Maqnussen, 13-cüdə Palmer, Massa və Peres, 15-cidə Rikkardo, 16-cıda Ferstappen ilk pit-stoplarını reallaşdırıblar.

Həmilton start aldığı təkərlərlə trasda uzun müddət qalıb, pit-stop zamanı arxa sol təkərin dəyişdirilməsi zamanı ləngimə olduğu üçün trasa Rosberqin arxasında qayıdıb. Maqnussen Verlyaynın önündə trayektoriyasını bir neçə dəfə dəyişdiyi üçün  saniyəlik cərimə alıb.

23-cü dövrədə Rəykkönen birinci dəfə, 24-cü dövrədə Hülkenberq ikinci dəfə boksa baş çəkiblər. 27-ci dövrədə start düzlüyündə Fettelin maşınında arxa sağ təkər partlayıb.

Sebastyan SuperSoft təkərlərlə trasda maksimum qalmaq istəyib, amma təkər partlayıb. Ferrari yerində fırlanıb və baryerlərə çırpılıb. Təhlükəsizlik Maşını (SC) trasa çıxıb. Batton, Qrojan, Alonso və Peres yeni təkər dəstinə keçiblər.

Start düzlüyündəki qırıntıları marşalların təmizləməsi üçün SC sürücüləri pit-leyndən keçirib – Hülkenberq və Qrojan pit-leyndə sürət rejimini pozduqları üçün 5 saniyəlik cərimə alıblar. SC arxasında ilk onluq: Rosberq – Həmilton – Ferstappen – Rikkardo – Rəykkönen – Bottas  – Nasr – Batton – Qrojan – Maqnussen.

32-ci dövrədə restart elan olunub. Rosberq nəinki mövqeyini qoruyub, həm də Həmiltondan uzaqlaşaraq onun hücumlarından özünü sığrtalayıb.

Mercedes AMG komandasının sürücüləri sürətli dövrələr göstərməklə yarışıblar, amma 2 saniyəlik fərq azalmayıb. Nəhayət, Rosberq tras xaricinə çıxdığı üçün Həmilton ona yaxınlaşıb, amma Niko yenə də sürətini artırıb.

55-ci dövrədə Həmilton boksa yollanıb və yenə də mexaniklər ləngiyiblər, bir dövrə sonra Rosberqin pit-stopu ideal keçib və almaniyalı sürücü liderliyini qoruyub. 58-ci dövrədə Rəykkönen Rikkardonu üstələyərək dördüncü yerə yüksəlib. 59-cu döngənin sonunda ilk onluq: Ferstappen – Rosberq – Həmilton – Rəykkönen – Rikkardo – Batton – Qrojan – Peres – Sayns – Alonso.

Lyuis yarışın sonuna Soft, Niko isə SuperSoft təkərlər alıb – britaniyalı sürücüdə qırmızı təkərlər olmayıb, ona görə də Lyuis vaxtı itirmədən hücumlara başlayıb. Hər iki sürücü Fertsappenlə fərqi çox tez bir zamanda azaldıblar.

61-ci dövrədə Rikkardo yeni təkərlərə keçib, Rosberq isə ikinci həmləsindən Ferstappeni üstələyərək liderliyi ələ alıb. İki dövrə sonra Həmilton da hollandiyalı sürücünü qabaqlayıb.

65-ci dövrədə Massa üçün yarış başa çatıb. Bir dövrə sonra Rikkardo Battonu ötərək 5-ci yerə yüksəlib. Alonso və Hülkenberq isə boksda dayanaraq mübarizəni dayandırıblar.

Finişə beş dövrə qalmış Mercedes AMG sürücülərini cəmi 0.8 saniyə ayırıb və Rosberq Həmiltonun hücumlarına hazırlaşıb.

Sonuncu dövrədə Həmilton xarici radiusla hücuma keçib, daxildə qalan Rosberq döngəyə girməyərək komanda yoldaşına çırpılıb. Lyuis önə keçib, Niko isə ön antiqanadını itirib. Sürəti aşağı düşən Nikonu Ferstappen və Rəykkönen keçiblər.

Peres 3-cü döngədə əyləc problemləri üzündən trasdan çıxıb və sarı bayraqlar altında Rəykkönen Ferstappeni keçə bilməyib. Lyuis Həmilton isə karyerasında 46-cı, mövsümdə 3-cü qələbəsini qazanıb.

Censon Batton finiş xəttini 6-cı keçməklə mövsümdə ən yaxşı nəticəsini göstərib. Paskal Verlyayn isə özünün və komandasının ilk xalını qazanıb.

Gələn həftə mübarizə Silverstounda davam edəcək.

Yer N Sürücü Komanda Zaman Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 2
2 33 Maks Ferstappen Red Bull + 0:05.719 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:06.024 1
4 6 Niko Rosberq (**) Mercedes AMG + 0:26.710 2
5 3 Daniel Rikkardo Red Bull + 0:30.981 2
6 22 Censon Batton McLaren + 0:37.706 2
7 8 Roman Qrojan (*) Haas + 0:44.668 1
8 55 Karlos Sayns Toro Rosso + 0:47.400 1
9 77 Valtteri Bottas Williams + 1 dövrə 2
10 94 Paskal Verlyayn Manor + 1 dövrə 2
11 21 Esteban Qutyerres Haas + 1 dövrə 2
12 30 Colion Palmer Renault + 1 dövrə 2
13 12 Felipe Nasr Sauber + 1 dövrə 1
14 20 Kevin Maqnussen Renault + 1 dövrə 2
15 9 Markus Eriksson Sauber + 1 dövrə 2
16 88 Rio Haryanto Manor + 1 dövrə 2
17 11 Serxio Peres Force İndia + 2 dövrə 2
18 14 Fernando Alonso McLaren + 7 dövrə 3
19 27 Niko Hülkenberq Force İndia + 7 dövrə 4
20 19 Felipe Massa Williams + 8 dövrə 3

 

(*) – Roman Qrojan pit-leyndə sürət həddini aşdığı üçün yekun nəticəsinə 5 saniyə əlavə olunub
(**) – Niko Rosberq Lyuis Həmiltonla toqquşmaya görə yekun nəticəsinə 10 saniyə əlavə olunub

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:08.411 (67-ci dövrə, 227.647 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Sebastyan Fettel Ferrari 26 təkər
Daniil Kvyat Toro Rosso 2 mexanika

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 6 Niko Rosberq Mercedes AMG F1 Team 153
2 44 Lyuis Həmilton Mercedes AMG F1 Team 142
3 5 Sebastyan Fettel Scuderia Ferrari 96
4 7 Kimi Rəykkönen Scuderia Ferrari 96
5 3 Daniel Rikkardo Red Bull Racing 88
6 33 Maks Ferstappen Red Bull Racing 72
7 77 Valtteri Bottas Williams Martini Racing 54
8 11 Serxio Peres Sahara Force İndia F1 Team 39
9 19 Felipe Massa Williams Martini Racing 38
10 8 Roman Qrojan Haas F1 Team 28
11 26 Daniil Kvyat Scuderia Toro Rosso 22
12 55 Karlos Sayns Scuderia Toro Rosso 22
13 27 Niko Hülkenberq Sahara Force İndia F1 Team 20
14 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 18
15 22 Censon Batton McLaren Honda Formula 1 Team 13
16 20 Kevin Maqnussen Renault Sport Formula 1 Team 6
17 94 Paskal Verlyayn Manor Racing MRT 1
18 47 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 295
2 Scuderia Ferrari Ferrari 192
3 Red Bull Racing TAG Heuer 168
4 Williams Martini Racing Mercedes 92
5 Sahara Force İndia F1 Team Mercedes 59
6 Scuderia Toro Rosso Ferrari 36
7 McLaren Honda Formula 1 Team Honda 32
8 Haas F1 Team Ferrari 28
9 Renault Sport Formula 1 Team Renault 6
10 Manor Racing MRT Mercedes 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*