Avstriya-2016: Tras və statistika

2014-cü ildə Formula1-də 11 illik fasilədən sonra Avstriya Qran Prisi yer aldı. Şpilberqdə yerləşən və 3-cü dəfə adını dəyişən tras (Osterrayxrinq - A1 Rinq - Red Bull Rinq) Red Bull şirkətinin həmsahibi Diter Mateşiçin səyi nəticəsində dünya çempionatına qayıtmışdı.

Formula1-də iki komandanın sahibi olan Mateşiç əvvəlcə avtodromu rekonstruksiya etdi, bir neçə ildən sonra isə milli mərhələyə dəstək verdi. Təşkilatçılar deyirdilər ki, bilet satışından əldə edilən gəlir yalnız cari xərcləri qarşılayacaq, amma Mateşiç üçün bu layihənin xüsusi statusu var idi – məhz Diter yarış haqqını Berni Ekklstouna ödəmişdi.

Ştiriya dağlarında yerləşən tras həmişə tarxi yarışlara şahidlik edib, 2011-ci ildən isə avtodromun tarixində yeni era başlayıb. Həmin il trasda Formula2 və DTM yarışları keçirildi, amma F1 yarışları barədə düşünmürdülər. Hətta Mateşiç yerli KİV-ə müsahibəsində demişdi ki, tras gənc sürücülərin çıxış etdiyi seriyalar üçün nəzərdə tutulub.

Avstriya Qran Prisinin təqvimə qayıtması barədə Red Bull komandasının Qrats şəhərində baş tutan küçə şousu zamanı danışmağa başladılar. Sonra məlum oldu ki, FİA 2013-cü ilin təqvimində iyul ayın adı məlum olmayan bir yarış planlaşdırıb və Red Bull şirkətinin idman məsləhətçisi federasiyaya xatırlatdı ki, Şpilberq avtodromu F1 yarışları keçirmək lisenziyasına malikdir. Yanvar ayında Mateşiç bəyan etdi ki, Ekklstounla 3 və ya 5 illik müqaviləni müzakirə edir, 2013-cü il iyulun əvvəllərində isə bütün sənədlər imzalanmışdı.

Təqvimə qayıdan Avstriya yarışı hamının xoşuna gəldi – sürücülər, komandalar, azarkeşlər və mətbuat ilk yarışdan razı qalmışdılar. 2014-cü ildə debüt yarışını 225 min tamaşaçı izləmişdisə, keçən il onların sayı xeyli azalmışdı. Hərçənd, ekspertlər bu halı ikinci yarış sindromu adlandırırlar.

Austrian Grand Prix

FORMULA 1 GROSSER PREIS VON ÖSTERREICH 2016
Tarix Tras Dövrənin uzunluğu Dövrələrin sayı Yarış məsafəsi
1-3 iyul 2016 Red Bull Ring 4326 m 71 307.146 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Trasın konfiqurasiyası əvvəlki versiyadan fərqlənmir, sadəcə müasir standartlara cavab verəcək hala gətirib – təhlükəsizlik zonaları genişləndirilib, bəzi sahələrdə TecPro baryerləri quraşdırılıb, yeni mətbuat mərkəzi və digər qurğular tikilib. Köhnə klassik trasa müasir don geydirilib.

Döngələrin çoxu adını dəyişib – köhnələrdən yalnız Yoxen Rindt döngəsi qalıb, Niki Laudanın adını daşıyan döngə hazırda Pirelli adlanır. Bundan narazı qalan lauda bildirmişdi ki, “onun vaxtında döngələr üçün sponsor axtarmırdılar”.

Trasın uzunluğu qısa olduğu üçün dövrə çox tez başa vurulur – təqvimdə yalnız Monako və San Paulu traslarından uzundur. Yavaş döngələrin və düzlüklərin uzlaşması asfalta yatma qüvvəsi və sürət arasında sazlanmalar seçimində kompromiss tələb edir.

Tras cəmi 9 döngədən ibarətdir, birinci sektordakı uzun düzlüyün sonunda ötmək mümkündür. Əvvəllər bu trasda yarışlar darıxıdırıcı olurdular, amma DRS və ERS sürücülərə ötmək imkan veriblər.

Dörd düzlük qaz pedalının tam döşəməyə basılması ilə qət olunur, döngələrin azlığı əylənmə zamanı MGU-K generatora enerjinin toplanması çətinləşdirir. Ümumən, əyləc və təkərlərin yüklənməsi yüksək deyil. Dəniz səviyyəsindən 640 metr hündürlükdə olması üzündən havanın alçaq təzyiqini kompensə etmək üçün trasda maşınların turbini daha böyük dövriyələrdə çalışmalı olacaq.

2015-ci ilin Avstriya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
Sessiya Hava Sürücü Komanda Zaman
1-ci sərbəst yürüşlər Buludlu. Quru Niko Rosberq Mercedes AMG 1:10.401
2-ci sərbəst yürüşlər Buludlu. Quru Sebastyan Fettel Ferrari 1:09.600
3-cü sərbəst yürüşlər Buludlu. Yağış Sebastyan Fettel Ferrari 1:09.994
Sıralanma turu Buludlu. Quru Lyuis Həmilton Mercedes AMG 1:08.455
Yarışda sürətli dövrə Buludlu. Quru Niko Rosberq Red Bull 1:11.235

 

Austrian Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Avstriya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Avstriya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
Tarix Sessiya Zaman TV
1 iyul 1-ci sərbəst yürüşlər 12:00
1 iyul 2-ci sərbəst yürüşlər 16:00
2 iyul 3-cü sərbəst yürüşlər 13:00
2 iyul Sıralanma turu 16:00 15:50
3 iyul Yarış 16:00 15:50

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

 

Avstriyada komandalar mövsümdə 3-cü dəfə ən yumşaq üçlüyü alacaqlar: UltraSoft – SuperSoft – Soft. Monako və Kanadada soyuq hava üzündən uzun məsafələrdə təkərlər elə də effektiv olmamışdılar, bu həftəsonu sürücüləri yenə soyuq hava gözləyir.

Keçən il sürücülərin çoxu yarış məsafəsini bir pit-stopla başa vurmuşdu, bu il də eyni strategiyanın seçilməsi ehtimalı var. Ferrari və Renault komandaları həftəsonu üçün 9 dəst UltraSoft təkərləri seçiblər.

Sürücü Komanda Soft SuperSoft UltraSoft
Lyuis Həmilton Mercedes AMG 2 3 8
Niko Rosberq Mercedes AMG 1 4 8
Sebastyan Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 1 3 9
Valtteri Bottas Williams 1 5 7
Felipe Massa Williams 2 4 7
Daniel Rikkardo Red Bull 2 4 7
Maks Ferstappen Red Bull 2 4 7
Niko Hülkenberq Force İndia 3 3 7
Serxio Peres Force İndia 3 3 7
Kevin Maqnussen Renault 2 2 9
Colion Palmer Renault 1 3 9
Daniil Kvyat Toro Rosso 2 4 7
Karlos Sayns Toro Rosso 2 4 7
Fernando Alonso McLaren 3 3 7
Censon Batton McLaren 3 3 7
Markus Eriksson Sauber 2 4 7
Felipe Nasr Sauber 3 3 7
Paskal Verlyayn Manor 1 4 8
Rio Haryanto Manor 1 4 8
Roman Qrojan Haas 2 5 6
Esteban Qutyerres Haas 3 4 6

 

Austrian Grand Prix

Hazırkı pilotların Avstriya Qran Prisində nəticələri
Pilot QP Xallar Poul Podium Qələbə
N.Rosberq 2 50 2 2
L.Həmilton 2 36 1 2
F.Massa 3 27 1 1
V.Bottas 2 25 1
S.Fettel 2 12
K.Rəykkönen 5 12 1
S.Peres 2 10
N.Hülkenberq 2 10
F.Alonso 4 10
C.Batton 6 7
K.Maqnussen 1 6
D.Rikkardo 2 5
M.Ferstappen 1 4
R.Qrojan 2
D.Kvyat 2
M.Eriksson 2
E.Qutyerres 1
K.Sayns 1
F.Nasr 1
C.Palmer
P.Verlyayn
R.Haryanto

 

Avstriya Qran Prisinin qalibləri
Tarix Tras Poul Qələbə
21.06.2015 Red Bull Ring L.Həmilton Mercedes AMG N.Nosberq Mercedes AMG
22.06.2015 Red Bull Ring F.Massa Williams N.Nosberq Mercedes AMG
18.05.2003 A1-Ring M.Şumaxer Ferrari M.Şumaxer Ferrari
12.05.2002 A1-Ring R.Barrikello Ferrari M.Şumaxer Ferrari
02.09.2001 A1-Ring M.Şumaxer Ferrari D.Kulthard McLaren
15.07.2000 A1-Ring M.Həkkinen McLaren M.Həkkinen McLaren
25.07.1999 A1-Ring M.Həkkinen McLaren E.İrvayn Ferrari
26.07.1998 A1-Ring C.Fizikella Benetton M.Həkkinen McLaren
21.09.1997 A1-Ring J.Vilnöv Williams J.Vilnöv Williams
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*