F-1.az xatırladır ki, bu gün səhər sonuncu məşqlərdə Niko Rosberq də qəzaya uğrayıb – 2-ci döngənin çıxışında adi porebrikin üzərinə arxa asılqan sınıb. Komanda maşının təmiri zamanı ötürmələr qutusunu dəyişdirdiyi üçün mövsümün lideri sabahkı yarışın startında 5 yer itirməli olacaq. Xatırladaq ki, eyni cəza Sebastyan Fettelə bir qədər əvvəl verilmişdi.
Sıralanma turundan əvvəl Toro Rosso-nun mexanikləri Karlos Saynsın maşını üzərində aktiv işləyiblər – nahardan əvvəl güc qurğusunda problemlər yaşanmışdı və bəzi bloklar, o cümlədən akkumulyator dəyişdirilib.
Red Bull Rinqə yeni asfalt qatı döşənib, təkərlərin asfaltla ilişməsi artıb, Pirelli yarışa ən yumşaq təkərlərini gətirib, ona görə də artıq dünən Rosberq trasın yeni rekordunu müəyyən etmişdi, bu gün səhər isə Fettel həmin nəticəni bir qədər də yaxşılaşdırıb. Sıralanma turunun ilk dövrələrindən isə yeni rekordlar yazılmağa başlayıb.
İlk sessiyada asfaltın temperaturu +53 dərəcə olub, buna baxmayaraq UltraSoft təkərləri işçi rejimə dərhal çatdırmaq asan olmayıb və sürücülər dövrələr seriyasında işləməli olublar.
Peres birinci cəhdindən sonra yavaş-yavaş boksa qayıtmalı olub – onun da maşınında arxa asılqan sınıb. Rosberq protokollara başçılıq edib – 1:06.516. Sessiyanın sonuna iki dəqiqə qalanda qırmızı bayarqlar dalğalanmağa başlayıb – Daniil Kvyat sonuncu döngədə ciddi qəzaya uğrayıb.
Maraqlıdır ki, qəzanın səbəbi yenə də sınmış arxa asılqan olub – 8-ci döngənin çıxışında asılqan sındıqdan sonra idarəolunmaz maşın böyük sürətlə baryerlərə çırpılıb. Daniil zədələnməyib, maşını müstəqil tərk edib və 16 dəqiqədən sonra sessiyaya restart verilib.
Restartdan dərhal sonra Saynsın maşını tüstü buludu buraxaraq trasda dayanıb – yenicə bərpa olunmuş güc qurğusu işləməkdən imtina edib. Sessiya sarı bayraqlar altında başa çatıb. Mübarizəni Kvyat, Haryanto, Sauber və Renault komandaları tam heyətlə dayandırıblar, Paskal Verlyayn isə karyerasında ilk dəfə sıralanmanın ikinci sessiyasına adlayıb.
İkinci sessiyada Peres və Sayns trasa çıxmayıblar. Ferrari və Red Bull sürücüləri ən yaxşı nəticələrini SuperSoft təkərlərlə göstəriblər, Mercedes sürücüləri ikinci cəhdlərinə qırmızı təkərlərlə çıxsalar da, ilk cəhdlərində bənövşəyi təkərlərlə göstərdikləri nəticələrini yaxşılaşdıra bilməyiblər.
Həmilton protokollara başçılıq edib – 1:06.228, sessiyanın sonunda yağış damcılamağa başlayıb və Qutyerres, Verlyayn, Qrojan, Alonso üçün də mübarizə başa çatıb. Censon Batton isə mövsümdə ilk dəfə sonuncu sessiyaya keçib.
Yağış trası tam islatdıqdan sonra yavaşıyıb. Sonuncu sessiyaya sürücülər keçid təkərlərlə çıxıblar, ona görə də trayektoriya sürətlə qurumağa başlayıb. Protokolların yuxarısında sürücülər bir-birini əvəz ediblər, ən yaxşı nəticəni isə Həmilton göstərib – 1:16.232.
Son dəqiqələrdə isə hamı sliklərə keçib və daha bir cəhdə çıxıblar. Trasın vəziyyəti hər növbəti dövrədə yaxşılaşdığı üçün son saniyələrdə poulu Lyuis qazanıb.
Avstriyada karyerasının 54-cü, mövsümdə isə 5-ci poulunu qazanan Lyuis Həmilton sabah yarışa ilk mövqedən başlayacaq. Bu gün ikinci olmuş Niko Rosberq startda yer itirəcək, ona görə də ilk cərgəni Niko Hülkenberq tamamlayacaq. Sebastyan Fettel də yer itirdiyi üçün ikinci cərgədən Censon Batton və Kimi Rəykkönen yarışa start verəcəklər.
Sabah bizi maraqlı start və yarış gözləyir!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 3 | 1:06.947 | 6 | 1 | 1:06.228 | 5 | 1:07.922 | 10 |
2 | 6 | Niko Rosberq | Mercedes AMG | 1 | 1:06.516 | 6 | 2 | 1:06.403 | 4 | 1:08.465 | 10 |
3 | 37 | Niko Hülkenberq | Force İndia | 7 | 1:07.385 | 9 | 9 | 1:07.257 | 6 | 1:09.285 | 10 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 2 | 1:06.761 | 5 | 3 | 1:06.602 | 3 | 1:09.781 | 10 |
5 | 22 | Censon Batton | McLaren | 12 | 1:07.653 | 7 | 10 | 1:07.572 | 5 | 1:09.900 | 10 |
6 | 7 | Kimi Rəykkönen | Ferrari | 6 | 1:07.240 | 5 | 7 | 1:06.940 | 6 | 1:09.901 | 10 |
7 | 3 | Daniel Rikkardo | Red Bull | 9 | 1:07.500 | 5 | 4 | 1:06.840 | 6 | 1:09.980 | 9 |
8 | 77 | Valtteri Bottas | Williams | 5 | 1:07.148 | 3 | 6 | 1:06.911 | 6 | 1:10.440 | 9 |
9 | 33 | Maks Ferstappen | Red Bull | 4 | 1:07.131 | 3 | 5 | 1:06.866 | 6 | 1:11.153 | 8 |
10 | 19 | Felipe Massa | Williams | 8 | 1:07.419 | 5 | 8 | 1:07.145 | 7 | 1:11.977 | 9 |
11 | 21 | Esteban Qutyerres | Haas | 14 | 1:07.660 | 11 | 11 | 1:07.578 | 7 | ||
12 | 94 | Paskal Verlyayn | Manor | 10 | 1:07.565 | 10 | 12 | 1:07.700 | 7 | ||
13 | 8 | Roman Qrojan | Haas | 15 | 1:07.662 | 12 | 13 | 1:07.850 | 7 | ||
14 | 14 | Fernando Alonso | McLaren | 16 | 1:07.671 | 7 | 14 | 1:08.154 | 5 | ||
15 | 55 | Karlos Sayns | Toro Rosso | 11 | 1:07.618 | 10 | 15 | – | 0 | ||
16 | 11 | Serxio Peres | Force İndia | 13 | 1:07.657 | 5 | 16 | – | 0 | ||
17 | 20 | Kevin Maqnussen | Renault | 17 | 1:07.941 | 10 | |||||
18 | 30 | Colion Palmer | Renault | 18 | 1:07.965 | 9 | |||||
19 | 88 | Rio Haryanto | Manor | 19 | 1:08.026 | 11 | |||||
20 | 26 | Daniil Kvyat | Toro Rosso | 20 | 1:08.409 | 8 | |||||
21 | 9 | Markus Eriksson | Sauber | 21 | 1:08.418 | 12 | |||||
22 | 12 | Felipe Nasr | Sauber | 22 | 1:08.446 | 13 |