Avstriya-2016: Günün sürücüsü – Maks Ferstappen

Bu il çempionatın təşkilatçıları “Günün sürücüsü” adlı yeni mükafat təsis ediblər – mükafatın sahibi yarışdan dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilir.

F-1.az xəbər verir ki, Avstriya Qran Prisində yarışa 8-ci yerdən başlamasına baxmayaraq, finişi 2-ci keçən Red Bull-un gənc hollandiyalı sürücüsü Maks Ferstappen “Günün sürücüsü” seçilib. Mövsümə Toro Rosso komandasının tərkibində başlayan və Rusiya Qran Prisindən sonra gözlənilmədən Daniil Kvyatın əvəzinə Red Bull-a gətirilən Maks bu uğuru yeni komandasının tərkibində çıxdığı 5-ci yarışda 3-cü dəfədir ki, əldə edir.

Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə isə hər yarışdan sonra Formula1-in rəsmi internet saytında keçirilir. Bundan əvvəl AvstraliyaBəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen,  İspaniyada yarışın qalibi Maks Ferstappen, Monakoda  Serxio Peres, Kanadada Maks Ferstappen və nəhayət, Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres  “Günün sürücüsü” seçilmişdilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*