F-1.az idarənin rəsmi saytına istinadən bildirir ki, bukmeykerlərin fikrincə, Lyuis Həmilton Şpilberq trasında favorit sürücü olacaq – iki həftə əvvəl Bakıda qazanılan qələbə Niko Rosberqi üçqat dünya çempionuna yaxınlaşdırıb. Ferrari-nin sürücüsü Sebastyan Fettel də cədvəllərdə üçüncülüyü özünə qaytara bilib.
Avstriya Qran Prisində qələbə (sürücülər) | |
Lyuis Həmilton | 2.25 |
Niko Rosberq | 2.75 |
Sebastyan Fettel | 7.00 |
Daniel Rikkardo | 17.00 |
Kimi Rəykkönen, Maks Ferstappen | 21.00 |
Valtteri Bottas, Serxio Peres | 41.00 |
Felipe Massa, Niko Hülkenberq | 67.00 |
Mövsümdə beşinci qələbəsini qazanmasına və Lyuisi çempionatda 24 xal qabaqlamasına baxmayaraq, bukmeykerlər hələ də Nikonu mövsümün sonunda sevinən tərəf kimi görə bilmirlər. Fettel üçüncü yerə qayıtsa da, Mercedes AMG cütlüyünə kifayət qədər uduzur…
Dünya çempionatında qələbə (sürücülər) | |
Lyuis Həmilton | 1.73 |
Niko Rosberq | 2.37 |
Sebastyan Fettel | 26.00 |
Daniel Rikkardo | 41.00 |
Maks Ferstappen | 101.00 |
Kimi Rəykkönen | 251.00 |
Hər yarışda sürücülərdən biri problem yaşasa da, mövsümün sonunda qələbəyə əsas namizəd yenə də Mercedes AMG komandası hesab olunur…
Dünya çempionatında qələbə (komandalar) | |
Mercedes AMG | 1.01 |
Ferrari | 26.00 |
Red Bull | 29.00 |
Williams, Force İndia, McLaren | 2501.00 |