Avstriya-2016: Birinci sərbəst yürüşlər

Bu gün sürücülər trasa döşənmiş yeni asfaltın və quraşdırılmış yeni porebriklərin xüsusiyyətlərini qiymətləndiriblər. İki il əvvəl sütardlar sıralanma turunda 14 dəfə sürücülərin dörd təkərlə tras xaricinə çıxdığı dövrələrdəki nəticələrini ləğv etmişdilər, keçən il porebriklərin hündürlüyünü artırmaqla və süni ot döşəməklə trasın konfiqurasiyasını dəyişmişdilər, bu il isə həmin porebriklərin arxasında əlavə sarı porebriklər quraşdırıblar.

F-1.az bildirir ki, Force İndia komandasında Alfonso Seliş nahara qədər Serxio Peresi əvəz edib – digər komandalar əsas sürücüləri ilə işləyiblər.

McLaren komandası havaya qarşı az müqaviməti olan yeni arxa antiqanadı test ediblər. Alonso on dövrə vurduqdan sonra maşını mexaniklərə verib, onlar isə maşına köhnə antiqanadı quraşdırıblar.

Həmilton 3-cü döngədə yerində fırlanıb. Onunla toqquşmadan qaçan Qrojan da yerində fırlanıb – pauzadan sonra hər iki sürücü yoluna davam edib. Bir az sonra həmin yerdə Rosberq trasdan çıxıb.

Maks Ferstappenin maşını 8-ci döngədə sarı porebriklərə hücumdan sonra ön antiqanadın sol lövhələrini itirib. Maks bildirib ki, yeni porebriklər təhlükəlidirlər. Bir qədər sonra hollandiyalı sürücü 6-cı döngədə sarı porebriklərə hücum zamanı asılqanını sındırıb və trasdan çıxaraq çınqıllı sahədə ilişib. Mühəndislər sürücülərdən xahiş ediblər ki, sarı porebriklərdən uzaq dursunlar.

Rio Haryanto 8-ci döngənin çıxışında trasdan çıxıb, amma düz Rikkardonun qarşısında trasa qayıdıb – avstraliyalı sürücü toqquşmadan son anda qurtulub.

UltraSoft təkərlərlə ilk cəhdində Niko Rosberq trasın rekordunu yaxşılaşdırıb, bir qədər sonra sürətini daha da artırıb – 1:07.373. Nahardan sonra məşqlər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq  Dövrə
1 6 Niko Rosberq Mercedes AMG 1:07.373 37
2 44 Lyuis Həmilton Mercedes AMG 1:07.730 + 0:00.357 34
3 5 Sebastyan Fettel Ferrari 1:08.022 + 0:00.649 28
4 7 Kimi Rəykkönen Ferrari 1:08.222 + 0:00.849 31
5 3 Daniel Rikkardo Red Bull 1:08.528 + 0:01.155 35
6 55 Karlos Sayns Toro Rosso 1:08.803 + 0:01.430 34
7 19 Felipe Massa Williams 1:08.824 + 0:01.451 39
8 33 Maks Ferstappen Red Bull 1:08.962 + 0:01.589 21
9 26 Daniil Kvyat Toro Rosso 1:08.990 + 0:01.617 32
10 77 Valtteri Bottas Williams 1:08.998 + 0:01.625 40
11 8 Roman Qrojan Haas 1:09.078 + 0:01.705 34
12 27 Niko Hülkenberq Force İndia 1:09.280 + 0:01.907 43
13 22 Censon Batton McLaren 1:09.365 + 0:01.992 31
14 14 Fernando Alonso McLaren 1:09.567 + 0:02.194 30
15 20 Kevin Maqnussen Renault 1:09.707 + 0:02.334 24
16 94 Paskal Verlyayn Manor 1:09.775 + 0:02.402 34
17 30 Colion Palmer Renault 1:09.851 + 0:02.478 28
18 9 Markus Eriksson Sauber 1:09.929 + 0:02.556 35
19 21 Esteban Qutyerres Haas 1:10.110 + 0:02.737 20
20 12 Felipe Nasr Sauber 1:10.314 + 0:02.941 26
21 88 Rio Haryanto Manor 1:10.493 + 0:03.120 21
22 34 Alfonso Seliş Force İndia 1:10.860 + 0:03.487 37
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*