Avstraliya yarışı gecə keçiriləcək?

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, Avropa saatına uyğun olsun deyə Avstraliyada gecə yarışı keçirə bilərlər.

F-1.az xatırladır ki, Melburn yarışı yerli publikanın marağını çəksə də, Avropa saatına görə televiziya yayımlarında problemlər yaşanır. Bu, bizim ölkəmiz üçün də keçərlidir. Belə ki, yarış Bakı vaxtı ilə səhər saat 9-da, birinci və üçüncü sərbəst yürüşlər isə 05:30-da keçirilir.

Stefano Domenikali: “Avstraliya yarışının gecə keçirikməsini danışdıq. Niyə də yox? Sadəcə sərmayə lazımdır. Bir gecə yarışı cəzbedici ola bilər. Bu qədət plan qurduqda yeni həll yolları tapmaq üçün düşünürsünüz. Ən yaxşı həll yolunun nə olduğunu isə heç vaxt bilmək olmaz. Tətbiq edib, nəticələri görmək lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*