F-1.az bildirir ki, Avstraliyanın səhiyyə naziri Qreq Hant həmvətənlərini panikaya düşməməyə və yarışı izləməyə gəlməyə çağırıb.
Qreq Hant: “Virus ölkəmizə hansısa bir formada gələ bilər. Bundan özümüzü sığortalaya bilmərik, amma gündəlik işlərimizi görməyə davam etməliyik. Siz də bunu edin. Həmişəki kimi, çin restoranlarına baş çəkin, yarışı izləməyə gəlin, netbola gedin”.
Qeyd edək ki, martın 8-də Melburnda kriket turnirinin finalı da keçiriləcək və artıq 50 000-dən çox bilet satılıb. Formula1-də mövsümün ilk yarışı isə bundan cəmi 1 həftə sonra Melburnda baş tutmalıdır. Keçənilki yarış həftəsonu boyunca tribunaları 300 mindən çox tamaşaçı ziyarət etmişdi…