Avstraliya Qran Prisinin təşkilatçıları maşınların səslərindən narazı qalıblar

Avstraliya Qran Prisinin təşkilatçıları yeni Formula1 maşınlarının səslərinin kifayət qədər səsli olmamasından narazı qalıblar. Onların fikrincə, çempionat bu yolla özünün […]

Avstraliya Qran Prisinin təşkilatçıları yeni Formula1 maşınlarının səslərinin kifayət qədər səsli olmamasından narazı qalıblar. Onların fikrincə, çempionat bu yolla özünün müqavilə öhdəliklərini pozub. Australian Grand Prix Corporation (AGPC) şirkətinin başçısı Ron Uoker yarışdan sonra Berni Ekklstounla əlaqə saxlayıb və öz iradlarını bildirib.

AGPC-nin icraçı direktoru Əndryu Uestakott arqument kimi belə bir faktı səsləndirib ki, həftəsonu ərzində hətta pit-leyndə qulaqlarına xüsusi qoruyucular (beruşi, earplug) taxmadan rahat gəzib. Onun fikrincə, avropalı tamaşaçıların belə səs heç xoşuna gəlməyəcək, çünki “əvvəllər maşının səsi adamın sümüyünə işləyirdi…”

Əndryu Uestakott: “Səs itikisi ona gətirib çıxarıb ki, yarışı izləmək indi çox darıxdırıcı olub, amma gur səs Formula1-in əsas hissəsi idi. Ron yarışdan sonra Berni ilə danışıb və bildirib ki, azarkeşlər də narazı qalıblar. Biz məhsula görə pul veririk, bizim müqaviləmiz var və biz öz öhdəliklərimizə çox ciddi yanaşırıq, amma çempionat öz öhdəliklərini pozub. Mən əminəm ki, gələn il maşınların səsi gur olacaq.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*