Avstraliya Qran Prisindən sonra sürücülərin cərimə balları

FİA 2014-cü ildən etibarən cərimə ballarının tətbiqinə başlayıb – hər bir sürücüyə bəzi hallarda yarışdakı mövqeyinə təsir edəcək cəzalardan əlavə, cərimə balı da verilir.

Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir.

F-1.az xəbər verir ki, Avstraliyada keçirilən mövsümün ilk yarışında stüardlar heç bir sürücünü balla cəzalandırmayıblar. Deyəsən, bu il onlar sürücülərə qarşı nisbətən liberal olacaqlar. Rio Haryantonun keçən il Avstraliyada aldığı 2 ballıq cərimə silinib. Hazırda passivində 2 bal olan indoneziyalı sürücü onsuz da bu il çempionatda iştirak etmir. Valtteri Bottasın keçən il Bəhreyndə aldığı iki cərimə balı da növbəti Çin Qran Prisində silinəcək.

Yer N Sürücü Bal 1-ci cərimə 2-ci cərimə 3-cü cərimə 4-cü cərimə
1 26 Daniil Kvyat 8 3 (Rusiya, 2016) 2 (Monako, 2016) 2 (ABŞ, 2016) 1 (Meksika, 2016)
2 21 Esteban Qutyerres 7 2 (Rusiya, 2016) 2 (Macarıstan, 2016) 3 (Belçika, 2016)
3 6 Niko Rosberq 6 2 (Avstriya, 2016) 2 (Almaniya, 2016) 2 (Malayziya, 2016)
4 5 Sebastyan Fettel 6 2 (Britaniya, 2016) 2 (Malayziya, 2016) 2 (Meksika, 2016)
5 55 Karlos Sayns 5 2 (Rusiya, 2016) 2 (Almaniya, 2016) 1 (Meksika, 2016)
6 30 Colion Palmer 4 2 (Avstriya, 2016) 2 (Əbu Dabi, 2016)
7 12 Felipe Nasr 4 2 (Avstriya, 2016) 2 (İtaliya, 2016)
8 94 Paskal Verlyayn 4 4 (Monako, 2016)
9 31 Esteban Okon 4 2 (Sinqapur, 2016) 2 (Braziliya, 2016)
10 20 Kevin Maqnussen 4 2 (İspaniya, 2016) 2 (ABŞ, 2016)
11 11 Serxio Peres 3 3 (Sinqapur, 2016)
12 77 Valtteri Bottas 2 2 (Monako, 2016)
13 88 Rio Haryanto 2 2 (Avstriya, 2016)
14 7 Kimi Rəykkönen 2 2 (Avropa, 2016)
15 9 Markus Eriksson 2 2 (Monako, 2016)
16 27 Niko Hülkenberq 2 2 (Çin, 2016)
17 19 Felipe Massa 2 2 (Braziliya, 2016)
18 33 Maks Ferstappen 1 1 (Meksika, 2016)
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*