Bu il Avstraliya adət etdiyimiz kimi mövsümün ilk yarışını qəbul edir, həmişə olduğu kimi Melburn komandaların Asiya turnesinə start verir.
Melburn Viktoriya ştatının inzibati mərkəzidir, Avstraliyanın çənub-şərqində dənizkənarı şəhəridir. Bakı ilə vaxt fərqi +7 saatdır. Monakoda olduğu kimi burda da tras müvəqqəti xarakter daşıyır və Melburnun işçi mərkəzində yerləşən Albert Parkın yollarında qurulub. İlk yarışlar 50-ci illərin ortalarında keçirilsə də, onlar çempionatın rəsmi təqviminə daxil deyildilər. Avstraliya Qran Prisi 1985-ci ildən keçirilməyə başlayıb, on bir il yarışlar Adelaidada keçirilib, 1996-cı ildən isə Melburn adətən mövsümün ilk yarışını qəbul etməyə başlayıb.
Tras: Albert Park, Melburn
Dövrənin uzunluğu: 5303 m
Dövrələrin sayı: 58
Ümumi məsafə: 307.574 km
Tras kifayət qədər sürətlidir və xüsusi aerodinamik əlavələr tələb etmir, amma maşının sürətli düz yolda və yavaş döngədə səmərəli olması üçün kompromisin tapılması vaxt tələb edir. Dövrədə göstərilən nəticə maşının çəkisindən asılıdır, Melburnda hər 10 kq yanacaq dövrədə 0.4 saniyənin itkisinə səbəb olur. Tras motorlara tələbkardır, motora düşən yüklənmələrə görə yalnız Monsadan geri qalır – trasın 60%-ni sürücülər qaz pedalını sonadək basaraq hərəkət edirlər.
Ötmə üçün ən əlverişli yer start düzlüyünün sonudur, sürücülər 300 km/saat sürət yığırlar və Jones-da əylənmədə ötmə edə bilərlər, ikinci döngədən çıxışda vəziyyəti düzəltmək olar. Ən maraqlı döngə 12-cidir, Waite – 250 km/saat sürət və porebrikə hücum, sonra isə sürətli sahə gəlir – kiçik bir səhv böyük vaxt itkisinə səbəb olur.
Pirelli şirkəti Melburna Medium və Soft slikləri ilə yanaşı yağış və keçid təkərlərini də gətirəcək…