Əvvəl quru, sonra yağışlı. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +26° C
Mövsümün ilk sıralanma turu həmişə maraqla gözlənilir, xüsusən də builki reqlamentdə ciddi dəyişikliklər fonunda. Bu gün komandalar ilk dəfə yeni maşınların sürətlərini az yanacaq ehtiyatı ilə müqayisə edə biliblər, hərçənd, hava nəticə çıxarmağa imkan verməyib…
Keçən il yağış üzündən Melburnda sıralanma turu iki günə uzanmışdı, bu dəfə də Albert Parkın səmasını buludlar örtüb, amma ilk sessiya quru asfaltda başlayıb. Sürücülər trasa tələsiblər. Hücum edərkən sürücülərin çoxu səhvə yol veriblər – yeni brake-by-wire əyləc sisteminə heç də hamı yaxşı öyrəşməyib, ona görə də trasdan çıxmalar çox olubŞ amma ciddi insident yaşanmayıb. Sessiyanın sonuna 6 dəqiqə qalmış yağış başlayıb və nəticələr dəyişməz qalıb.
Həmin anda protokollara Daniel Rikkardo başçılıq edib – 1:30.775, Lotus və Marussia komandaları tam heyətlə, eləcə də, Qutyerres və Erikson mübarizəni dayandırıblar. Maldonado iki dəfə cəhd etsə, sürətli dövrə göstərə bilməyib. Pastordan başqa bütün sürücülər 107%-lik səddi keçə biliblər.
Yağış qısamüddətli olub, amma trası kifayət qədər yaş edib. İkinci sessiyada sürücülər trasa keçd təkərlərlə çıxıblar. Trayektoriya tədricən quruyub, dövrədən dövrəyə nəticələr yaxşılaşıb – protokolların yüksək pilləsində sürücülər bir-birilərini əvəz ediblər: sonda Niko Rosberq hamıdan üstün olub – 1:42.264. Son dəqiqədə Kimi Rəykkönen üçüncü döngənin çıxışında maşını saxlaya bilməyib və qoruyucu baryerlərə çırpılıb.
Daniil Kvyat ilk sıralanma turunda son sessiyaya keçib, Sebastyan Fettel isə 2012-ci ilin Belçika Qran Prisindən sonra ilk dəfə ikinci sessiyada mübarizəni dayandırıb – onunla birlikdə Peres, Kobayaşi, Sutil, Rəykkönen və Batton da günü başa vurublar.
Fasilə zamanı yağış güclənib, ona görə də üçüncü sessiyada ilk cəhdə Alonsodan başqa digər sürücülər aır yağış təkərləri seçiblər, amma son cəhdində sürücülərin çoxu keçid təkərlərə qayıdıb. Sessiyanın sonunda Kvyat yerində fırlanıb və baryerlərə toxunub.
Protokollara isə son saniyələrdə Lyuis Həmilton başçılıq edib – 1:44.231, tribunlara toplaşan azarkeşləri Daniel Rikkardo sevindirib və ikinci nəticəni göstərib.
Həmilton karyerasında 32-ci poulunu qazanıb, Rikkardo isə karyerasının ən yaxşı nəticəsinə imza atıb. Sabah yarışa ikinci cərgədən Niko Rosberq və çempionatın debütantı Kevin Maqnussen başlayacaqlar. Sabah bizi maraqlı yarış gözləyir!
Yer | Pilot | Komanda | Motor | I sessiya | II sessiya | III sessiya | |||
Yer | Vaxt | Yer | Vaxt | Vaxt | Fərq | ||||
01 | L.Həmilton | Mercedes AMG | Mercedes | 07 | 1:31.699 | 04 | 1:42.890 | 1:44.231 | – |
02 | D.Rikkardo | Red Bull | Renault | 01 | 1:30.775 | 02 | 1:42.295 | 1:44.548 | + 0.317 |
03 | N.Rosberq | Mercedes AMG | Mercedes | 10 | 1:32.564 | 01 | 1:42.264 | 1:44.595 | + 0.364 |
04 | K.Maqbussen | McLaren | Mercedes | 02 | 1:30.949 | 05 | 1:43.247 | 1:45.745 | + 1.514 |
05 | F.Alonso | Ferrari | Ferrari | 04 | 1:31.388 | 03 | 1:42.805 | 1:45.819 | + 1.588 |
06 | J.E.Vern | Toro Rosso | Renault | 11 | 1:33.488 | 07 | 1:43.849 | 1:45.864 | + 1.633 |
07 | N.Hülkenberq | Force İndia | Mercedes | 14 | 1:33.893 | 06 | 1:43.658 | 1:46.030 | + 1.799 |
08 | D.Kvyat | Toro Rosso | Renault | 13 | 1:33.777 | 10 | 1:44.331 | 1:47.368 | + 3.137 |
09 | F.Massa | Williams | Mercedes | 03 | 1:31.228 | 09 | 1:44.242 | 1:48.079 | + 3.848 |
10 | V.Bottas | Williams | Mercedes | 06 | 1:31.601 | 08 | 1:43.852 | 1:48.147 | + 3.916 |
11 | C.Batton | McLaren | Mercedes | 05 | 1:31.396 | 11 | 1:44.437 | – | – |
12 | K.Rəykkönen | Ferrari | Ferrari | 09 | 1:32.439 | 12 | 1:44.494 | – | – |
13 | S.Fettel | Red Bull | Renault | 08 | 1:31.931 | 13 | 1:44.668 | – | – |
14 | A.Sutil | Sauber | Ferrari | 12 | 1:33.673 | 14 | 1:45.655 | – | – |
15 | K.Kobayaşi | Caterham | Renault | 16 | 1:34.274 | 15 | 1:45.867 | – | – |
16 | S.Peres | Force İndia | Mercedes | 15 | 1:34.141 | 16 | 1:47.293 | – | – |
17 | M.Çilton | Marussia | Ferrari | 17 | 1:34.293 | – | – | – | – |
18 | J.Byanki | Marussia | Ferrari | 18 | 1:34.794 | – | – | – | – |
19 | E.Qutyerres | Sauber | Ferrari | 19 | 1:35.117 | – | – | – | – |
20 | M.Erikson | Caterham | Renault | 20 | 1:35.157 | – | – | – | – |
21 | R.Qrojan | Lotus | Renault | 21 | 1:36.993 | – | – | – | – |
22 | P.Maldonado | Lotus | Renault | 22 | – | – | – | – | – |