Avstraliya Qran Prisi: Pirelli – SuperSoft və Medium

Qran Pridən əvvəl ənənəvi mətbuat relizində Pirelli Motorsport-un başçısı Pol Hembri Avstraliya uik-endindən danışıb. Təkər istehsalçısı mövsümün ilk yarışına Medium […]

Qran Pridən əvvəl ənənəvi mətbuat relizində Pirelli Motorsport-un başçısı Pol Hembri Avstraliya uik-endindən danışıb. Təkər istehsalçısı mövsümün ilk yarışına Medium və SuperSoft tərkibləri gətirəcək və hesab edir ki, yarışda sürücülər iki və ya üç pit-stop edəcəklər.

Keçən il Pirelli Melburnda komandalara Soft və Medium təklif etmişdi və ilk 7 yeri tutan sürücülər yarışı iki pit-stopla keçirmişdilər…

Pol Hembri: “Mövsümöncəsi testlərdən sonra biz Melburnda real Qran Pri şəraitində yeni təkərlərin işini qiymətləndirə bilərik. Təkərlər keçən il hazırlanıb və şəxsi testlərdə yoxlanılıb – biz yeni təkərləri daha effektiv eləmişik. Testlərdəki soyuq hava onun yaxşı keyfiyyətlərini üzə çıxarmağa imkan vermədi, amma Albert Parkda vəziyyət tam fərqli olacaq – yarışda biz iki və ya üç pit-stop gözləyirik.

Yeni mövsümün startı həmişə maraqlı olur. Testlərdə gördüyümüzə nəzərə alsaq, deyə bilərik ki, komandalar arasında fərq daha da azalıb. Məncə, keçən il olduğu kimi ilk yarışlarda müxtəlif qaliblər görə bilərik.

2013-cü ilə hazırlıq zamanı biz təkərlərin tərkibini və konstruksiyasını dəyişmişik, indi təkərlər daha geniş diapazonda işləyirlər, maksimal effektlik dərəcəsi yuxarıdır. Tərkiblər arasında sürət fərqi də böyükdür – komandalar müxtəlif strategiyalar sayəsində üstünlük qazanmağa çalışacaqlar…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*