F-1.az xatırladır ki, MotoGP çempionatından əvvəl Formula E və Formula1 Çində baş tutacaq mərhələləri ləğv etmişdilər. Formula1-də isə Avstraliya, Bəhreyn və Vyetnam yarışlarının ləğv olunması da gündəmdə idi…
Əndryu Vestakott: “Avstraliya Qran Prisi zamanı hər bir insanın sağlamlığı və təhlükəsizliyi bizim üçün çox vacibdir. Australian Grand Prix Corporation hər tədbirdə etibarlı sağlamlıq, təhlükəsizlik və təcili idarəetmə mexanizmlərinə malikdir.
Səhiyyə orqanları ilə, dövlət tibbi xidmətləri ilə qarşılıqlı əlaqə qururuq. Vəziyyəti yaxından izləyirik, bu sahədəki mütəxəssislərin fikirlərini, Avstraliyanın və konkret Viktoriya ştatının səhiyyə orqanlarının rəhbərliyini dinləyirik. Formula1-də Avstraliya Qran Prisinin keçiriləcəyi təsdiqlənib və biz yaxın günlərdə komandaları qəbul etməyi səbirsizliklə gözləyirik”.
Təşkilatçılar vurğulayıblar ki, yarışın keçirilməsi qərarının verilməsi tamamilə bütün Formula1 işçilərinin ölkəyə buraxılmasına zəmanət vermir. Avstraliya hökuməti virusun xüsusilə aktiv olduğu İtaliyaya getməyi və İtaliyadan gəlməyi məhdudlaşdırmağı nəzərdən keçirir.