F-1.az xatırladır ki, Endryu fevral ayında bildirmişdi ki, müqaviləsi başa çatanda vəzifəsini tərk edəcək. O, uzun illər şirkətdə çalışıb və 2011-ci ilin fevral ayından bu vəzifədə çalışır. Vestakott Avstraliya Australian GP Corporation-ı tarixində ən yaxşı mövqedə olduğu bir vaxtda tərk edir – Formula1 ilə hazırkı müqavilə 2037-ci ilə qədər nəzərdə tutulub.
Onun yerinə hələ ki, əvəzedici tapılmayıb, ona görə də yaxın vaxtlarda müvəqqəti direktor, bir neçə aydan sonra isə daimi direktor təyin olunacaq. Namizəd kimi Avstraliya Futbol Liqasının əsas idman rəsmilərinin – oktyabrın əvvəlində bu vəzifəni tərk edəcək rəhbər Gillon Maklaxlan və kommersiya direktoru Travis Oldun adı hallandırılır.