Avstraliya qırmızı rəngə boyanıb

Formula1 üzrə 68-ci dünya çempionatı Avstraliyada start götürüb. Bir çoxlarının gözlədiyinin əksinə olaraq, Mercedes AMG qələbəyə sevinə bilməyib.

F-1.az xəbər verir ki, yarışın startında ön sıradakı sürücülər yerlərini qoruya biliblər. Yarışın lideri Lyuis Həmilton pit-stop edərək Soft təkərlərə keçib. Lakin Ferrari Sebastyan Fetteli bir qədər də trasda saxlamaq qərarına gəlib. Alman sürücü Həmiltondan səkkiz dövrə sonra pitə yollanıb. Bu strategiya qələbədə həlledici rol oynayıb.

Mercedes AMG sürücülərindən xeyli uzaqlaşan Fettel finişə qədər fərqi qoruya bilib və 2015-ci il Sinqapur Qran Prisindən sonra ilk qələbəsini qazanıb. Qeyd edək ki, Ferrari-nin son qələbəsi də həmin yarışa təsadüf edirdi. Həmilton finiş xəttini ikinci, Bottas isə üçüncü keçib.

Yarış barədə daha ətraflı bir azdan məlumat verəcəyik…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*