F-1.az xəbər verir ki, vəziyyəti şərh edən Formula3 və Formula2-nin rəhbəri Bruno Mişel etiraf edib ki, Avstraliya mərhələsinin keçirilməsi çətin sınaq olacaq, lakin bu, komandaların maliyyə yükünün artmasına səbəb olmayacaq.
Bruno Mişel: “Bir çox sual var. Məsələn, biz çox tez yanacaq göndərməliyik, çünki onun dənizlə gedib çatması üç ay çəkəcək. Komandalar üçün xərclər baxımından heç nəyin dəyişməyəcəyi vacibdir, çünki nəqliyyat üçün pul ödəməyəcəyik – bütün xərclər promouter tərəfindən qarşılanacaq”.