F-1.az bildirir ki, yağış rezin qatını yuduğundan, sürücülər trasın çox sürüşkən olmasından şikayətləniblər. Bu dəfə əsas problem tıxac olub. Hətta Rassell Strolla yol vermək üçün trasdan çıxmalı olub.
Maqnussen 30-cu dəqiqədə asfaltdan çıxsa da, hərəkətini davam etdirib. Yarım saaatı az keçmiş bir neçə dəqiqəlik qırmızı bayraqlar dalğalanıb. Buna səbəb AlphaTauri-nin maşınlarından birindən qopan karbon parçası olub.
Peres sessiya boyu əyləcləri tənzimləyə bilməyib və bir neçə dəfə trasdan çıxmalı olub. Daha sonra Çjou ikinci döngədə yerində fırlanıb. Sessiyanın bitməsinə 5 dəqiqə qalmış isə yağış başlayıb. Sürücülər yollarına sliklərlə davam ediblər. Peresin maşını pit çıxışında dayanıb və mexaniklər onu geri aparıblar.
Ən yaxşı nəticə Maks Ferstappendən gəlib – 1:17.565. İlk 12 sürücünün nəticəsi 1 saniyənin içində olub. Bizi poul uğrunda gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:17.565 | – | 24 |
2 | 14 | Fernando Alonso | Aston Martin | 1:17.727 | + 0:00.162 | 25 |
3 | 31 | Esteban Okon | Alpine | 1:17.938 | + 0:00.373 | 22 |
4 | 63 | Corc Rassell | Mercedes | 1:17.955 | + 0:00.390 | 23 |
5 | 10 | Pyer Qasli | Alpine | 1:18.094 | + 0:00.529 | 21 |
6 | 11 | Serxio Peres | Red Bull | 1:18.123 | + 0:00.558 | 18 |
7 | 55 | Karlos Sayns | Ferrari | 1:18.127 | + 0:00.562 | 28 |
8 | 44 | Lyuis Həmilton | Mercedes | 1:18.138 | + 0:00.573 | 25 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:18.198 | + 0:00.633 | 22 |
10 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:18.330 | + 0:00.765 | 20 |
11 | 27 | Niko Hülkenberq | Haas | 1:18.410 | + 0:00.845 | 23 |
12 | 23 | Aleksander Elbon | Williams | 1:18.553 | + 0:00.988 | 21 |
13 | 16 | Şarl Lekler | Ferrari | 1:18.691 | + 0:01.126 | 27 |
14 | 81 | Oskar Piastri | McLaren | 1:18.713 | + 0:01.148 | 21 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:18.809 | + 0:01.244 | 24 |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:18.901 | + 0:01.336 | 21 |
17 | 2 | Loqan Sarcent | Williams | 1:18.947 | + 0:01.382 | 20 |
18 | 20 | Kevin Maqnussen | Haas | 1:19.056 | + 0:01.491 | 25 |
19 | 21 | Nik de Friz | AlphaTauri | 1:19.092 | + 0:01.527 | 23 |
20 | 4 | Lando Norris | McLaren | 1:19.146 | + 0:01.581 | 12 |